Laçınlılar bu il doğma yurdlarına qayıdacaqlar
Digər xəbərlər

Laçınlılar bu il doğma yurdlarına qayıdacaqlar

44 gün davam edən Vətən müharibəsində torpaqlarımızı işğalçılardan azad edən müzəffər Azərbaycan Ordusu 2020-ci il noyabr ayının əvvəlində Laçın rayonunun bir çox yaşayış məntəqələrini şiddətli döyüşlər nəticəsində azad edərək Ermənistanla Xankəndini birləşdirən Laçın dəhlizinə nəzarəti ələ keçirdi.

2020-ci il noyabr ayının 10-da Azərbaycan, Rusiya prezidentləri Ermənistanın baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən 2020-ci il dekabrın birində Laçın rayonu 28 ildən sonra  işğaldan azad edildi. Bu barədə dövlətimizin başçısı İlham Əliyev Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edərkən bildirib ki, biz Laçını həm döyüş meydanında, həm siyasi yollarla qaytardıq. İkinci Qarabağ müharibəsi dövründə Laçın rayonunun işğaldan azad edilməsi əsas vəzifələrdən biri idi biz faktiki olaraq Laçın rayonunun cənub hissəsini döyüşərək, vuruşaraq azad etdik. Güləbird digər bir neçə kənd döyüş meydanında azad edilmişdir, biz Laçın-Xankəndi yoluna çıxmışdıq. Məhz bu əməliyyat nəticəsində, eyni zamanda Şuşa şəhərinin erməni işğalçılarından azad edilməsi faktiki olaraq Ermənistan dövlətinin kapitulyasiyasına gətirib çıxarmışdır. Vaxtilə "Qarabağ Ermənistandır" deyən Ermənistan rəhbərliyi öz məğlubiyyətini qəbul etməyə məcbur olmuşdur 2020-ci il noyabrın 10-da kapitulyasiya aktı Ermənistan tərəfindən imzalandı. Laçın rayonunun digər hissəsi - ən böyük hissə artıq siyasi yollarla azad edilmişdir. Bu, bizim böyük tarixi Zəfərimizdir.

Döyüş meydanında siyasi müstəvidə böyük üstünlük qazanan Azərbaycanın tələbi ilə 2022-ci il avqustun 26-da  Laçın şəhərində, Zabux Sus kəndlərində qeyri-qanuni məskunlaşan ermənilər bu ərazilərdən köçürüldülər. Orada yaşayan ermənilər Azərbaycan dövlətinə müraciət ünvanlayaraq Laçını tərk etmələri üçün onlara əlavə vaxt verilməsini xahiş etdilər. Halbuki bəzi yerlərdə, o cümlədən Laçın şəhərində ermənilər qanunsuz məskunlaşma aparmışdılar, Ermənistandan, daha çox xaricdən - Suriya Livandan erməni əsilli insanları gətirib burada qanunsuz yerləşdirmişdilər. Azərbaycan rəhbəri humanistlik göstərərək onlara bu imkanı yaratdı. Ermənilər isə öz xislətlərinə uyğun olaraq faşist təfəkkürü ilə uzun illər yaşadıqları evlərə od vuraraq yandırdılar. Bundan əvvəl isə Azərbaycan torpaqlarını tərk edən ermənilər Laçından da təhlükəsiz şəkildə, atəşə məruz qalmadan rahatlıqla bütün əşyalarını götürdülər. Azərbaycan Ordusunun bölmələri onlara ərazini tərk etmək üçün bütün şəraiti yaratdı. Bunun müqabilində isə Laçından çıxan ermənilər qaldıqları evləri yandırıb, vandallıq edib, meşələrə od vuraraq, suları çirkləndirərək ekoloji fəlakət törətdilər. Təhlükəsiz şəkildə öz seçimi ilə ərazini tərk edən erməni əhalisindən fərqli olaraq, 1992-ci ildə ermənilər tərəfindən rayonun azərbaycanlı əhalisi oradan zorakılıqla qovulub. Onların bir çoxu qırğına məruz qalıb, atəşə tutulub, meyitləri belə təhqir edilib. İşğal dövründə Laçın rayonu yüzlərlə şəhid verib, onlarla dinc insan Laçında girov götürülüb. Rayondan zorla köçkün düşən əhali özü ilə heç götürə bilməyib, sakinlərin bütün əmlakı Ermənistan ordusu tərəfindən qarət olunub.

İki il yarımdır ki, Qarabağda Şərqi Zəngəzurda gerçəkləşdirilən dövlət əhəmiyyətli layihə proqramlara, çoxyönlü tədbirlərə Prezident İlham Əliyev birbaşa özü rəhbərlik edir. Ölkə başçısının tapşırığına əsasən  işğaldan azad edilmiş ərazilərdə infrastrukturun yenidən qurulması bərpası, yaşayış yerlərinin yenidən bərpası məqsədilə yaşayış məntəqələrinin baş planlarının hazırlanması tikinti işləri davam etdirilir. Dövlətimizin başçısı işğaldan azad edilmiş ərazilərdə aparılan təmir-quruculuq işlərinin səmərəliliyinin artırılması məqsədilə 24 noyabr 2020-ci ildə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının yaradılması haqqında" Sərəncam imzalayıb. 19 yanvar 2021-ci ildə isə ölkə başçısı "İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri haqqında" Fərmanına əsasən, artıq Ağdam, Cəbrayıl, Zəngilan Laçın rayonları üzrə Prezidentin xüsusi nümayəndələri təyin edilib. Dövlətimizin başçısı İlham Əliyevlə birinci xanım Mehriban Əliyevanın 2021-ci il avqust ayının 16-da  Laçına səfəri zamanı Qorçu kəndində təməlini qoyduqları Laçın Beynəlxalq Hava Limanı bir neçə mühüm amili özündə ehtiva edir. İlk növbədə, şübhəsiz ki, burada limanın tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək, turizm potensialının artırılmasına səbəb olacaq. Laçın Beynəlxalq Hava Limanının inşası həm işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Olduqca mühüm strateji əhəmiyyətə malik olan Laçın aeroportu logistik mərkəzlərin yaradılmasına da töhfə verəcək. Yeni texnologiyalar əsasında inşa edilən hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olacaq. Hazırda Laçında yeni yollar çəkilir, tunellər qazılır, enerji təsərrüfatı qurulur, mühüm infrastruktur yaradılır. Təbii ki, bu laçınlı keçmiş məcburi köçkünlərin sevincinə gələcək arzularına çox böyük stimul verir.

Rayon sakini Xaliq Musayev həmyerlilərinin ürək sözlərini ifadə edərək deyir ki, möhtərəm Prezidentimiz İlham Əliyevin laçınlılara verdiyi şad xəbər uşaqdan-böyüyə hamının sevincinə səbəb olub. Uzun illər Laçının həsrəti ilə yaşamışıq, elə bir gün olmayıb ki, dədə-baba torpaqlarımızı yada salmayaq, inamımız, ümidimiz bizi o cənnət yerlərə səsləyib. Bu gün biz çox xoşbəxtik, ilin axırına kimi doğma yurd yerlərinə qayıdacağıq. Həmin günlərin həyəcanı ilə yaşayırıq. Prezidentimizə, ordumuza cansağlığı diləyir, torpaqlarımızı azad edərkən döyüşlərdə həlak olan şəhidlərin qarşısında baş əyir, qazilərə şəfa arzulayıram.

Rayon sakini Sahib Quliyevin ürək sözlərini dilə gətirir deyir:

- Qəti mövqeyimiz  belədir ki, möhtərəm Prezidentimizin sərkərdəlik şücaəti, liderlik bacarığı, diplomatik istedadı nəticəsində laçınlıların taleyində yeni bir həyat başlayır. Biz yalnız köçkünlük həyatımıza son qoymuruq, həm öz yurdumuzu yenidən qurmağa imkan qazanırıq. Buna görə sevincimizin həddi-hüdudu yoxdur. Fəxr edirik ki, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Laçının yenidən qurulmasında fəal iştirak edəcəyik. Bundan böyük xoşbəxtlik ola bilməz.

Başqa bir laçınlı sakin Məhəmməd Şahbazov bildirir ki, Ermənistanın hərbi təcavüzü nəticəsində işğala məruz qalan 28 ildən artıq  məcburi köçkün həyatı yaşayan laçınlıların sosial vəziyyətinin yaxşılaşdırılması, problemlərin öyrənilməsi vaxtında həll olunması daim dövlətin diqqət mərkəzində saxlanılır. Laçınlılar bu diqqət qayğını yüksək qiymətləndirir, Laçına qayıdacaqları günlərin sevincini yaşayırlar. Möhtərəm Prezidentimizin laçınlılara verdiyi xoş müjdə əhali arasında böyük coşqu yaradıb, hər kəs sevinir, hər kəs şükranlıqla dövlətimizin başçısına, ordumuza minnətdarlıq bildirir.

Dövlətimizin başçısı İlham Əliyev bildirib ki, Laçın şəhərinin yenidən qurulması keçən ilin avqustun 26-dan bu yana icra edilir. Azərbaycan ictimaiyyətinə bildirmək istəyirəm ki, birinci mərhələdə Laçın şəhərində 500-ə yaxın fərdi ev inşa edilir ya ermənilər tərəfindən dağıdılmış evlər yenidən bərpa olunur. Çoxmərtəbəli səkkiz yaşayış binası yenidən qurulur, ya da ki, tamamilə əsaslı təmir olunur 30-dan çox ictimai bina inşa edilir. Mənim göstərişimlə bütün bu işləri biz bu ilin sonuna qədər başa çatdırmalıyıq, bu, sadəcə, birinci mərhələ olacaq. Bu evlərin sayı göstərir ki, minlərlə insan artıq bu ilin sonuna qədər Laçın şəhərində yaşayacaq laçınlılar bu il öz doğma diyarına qayıdacaqlar. Eyni zamanda, Laçın şəhərində Heydər Əliyev Fondunun xətti ilə məscid inşa ediləcək. Məscidin təməlini mən Laçında olarkən özüm şəxsən qoydum çox gözəl yerdə bizim dini məbədimiz yaxın gələcəkdə inşa ediləcəkdir. Bununla paralel olaraq, Zabux Sus kəndlərinin tamamilə yenidən qurulması prosesinə start vermişik. Zabux kəndində 1000-dən çox, Sus kəndində isə 300-dən çox insan yerləşəcək.

Bəli, xalqın böyük məhəbbətini inamını qazanan dövlətimizin başçısı İlham Əliyevin qürur qətiyyətlə verdiyi xoş müjdə indi hər bir laçınlı ailənin sonsuz sevincinə səbəb olub, kimi dindirirsən dərin razılıqla danışır, minnətdarlığını bildirir, Laçına qayıdacaqları günləri sayır, böyük bir el Qayıdışa hazırlaşır.

Salman ALIOĞLU,

"Respublika".