İşğaldan azad edilmiş ərazilərin bərpasında İran şirkətləri də fəaliyyət göstərəcək
Siyasət

İşğaldan azad edilmiş ərazilərin bərpasında İran şirkətləri də fəaliyyət göstərəcək

İşğaldan azad edilmiş ərazilərin bərpasında İran şirkətləri də fəaliyyət göstərəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə dövlət komissiyasının 15-ci iclasında Baş nazirin müavini Şahin Mustafayev deyib.

O bildirib ki, şirkətlər yaradılan sənaye parkları və "Araz Vadisi İqtisadi Zonası"nda fəaliyyətə başlayacaqlar.

"Pandemiya şəraitinin olmasına baxmayaraq, Azərbaycan və İran arasında avtomobil daşımaları üzrə yük həcmi 70 faiz artıb", - deyə Şahin Mustafayev qeyd edib.

AZƏRTAC