Azərbaycan qarşılıqlı iqtisadi maraqların təmin olunmasının tərəfdarıdır
Siyasət

Azərbaycan qarşılıqlı iqtisadi maraqların təmin olunmasının tərəfdarıdır

Azərbaycanın iqtisadi inkişafını təmin edəntəkcə enerji ixracatçısı kimi deyil, həm onu nəql edən tranzit ölkə kimi əhəmiyyətini artıran Cənub Qaz Dəhlizi regionun Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində, bölgədə yerləşən ölkələrin öz enerji resurslarını dünya bazarına çıxarılmasında böyük rol oynayır. Azərbaycanın liderliyi ilə həyata keçirilən nəhəng beynəlxalq layihə ölkələr arasında qarşılıqlı əməkdaşlığın, işgüzar əlaqələrin inkişafına töhfə verməklə yanaşı, regionda təhlükəsizliyin sabitliyin bərqərar olunmasına ciddi təsir göstərir.

2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri vasitəsilə ilk dəfə olaraq  Azərbaycan qazının Türkiyə Gürcüstana  nəql edilməsi, "Şahdəniz" yatağının gələcək işlənilməsi üçün  addımların atılması Cənub Qaz Dəhlizinin yaradılması ilə bağlı praktiki işlərin həyata keçirilməsinə zəmin yaratdı. 2011-ci ildə isə Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanan Cənub Qaz Dəhlizi haqqında  Bəyannamə energetika sahəsində Azərbaycan ilə Avropa arasında birgə əməkdaşlığın dərinləşməsinə  ölkəmizin zəngin qaz ehtiyatlarının Türkiyə Avropa bazarlarına qısa təhlükəsiz yolla, şaxələndirilmiş formada çatdırılmasına imkan yaratdı. 2012-ci ildə Azərbaycan ilə Türkiyə arasında TANAP-Trans-Anadolu qaz kəməri üzrə imzalanan müqavilə Cənub Qaz Dəhlizinin reallaşmasına güclü təkan verdi. 2014- ildə geniş əməkdaşlıq etibarlı tərəfdaşlıq münasibətləri əsasında ölkə başçımız İlham Əliyev tərəfindən təməli qoyulan Cənub Qaz Dəhlizinin fəaliyyətə başlaması ilə ölkəmizin həyatında, neft-qaz sənayesinin inkişafında yeni dövr başladı.

2018-ci il may ayının 29-da dünyanın ən böyük neft-qaz terminalı olan Səngəçal terminalında Cənub Qaz Dəhlizinin açılışı ölkəmizin həyatında çox mühüm bir hadisəyə çevrildi. Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan Cənub Qaz Dəhlizi energetika sahəsində Bakı-Tbilisi-Ceyhan layihəsindən sonra Azərbaycanın həyata keçirdiyi böyük strategiyanın davamı, ölkəmizin neft-qaz sənayesinin inkişafında yeni dövrünün başlanğıcı oldu.

Açılış mərasimində iştirak edən Prezident İlham Əliyev demişdir: "Biz bu günü burada - Səngəçal terminalının ərazisində qeyd edirik. Səngəçal terminalı dünyanın ən böyük neft-qaz terminalıdır məhz burada dörd il bundan əvvəl Cənub Qaz Dəhlizinin təməli qoyulmuşdur... O zaman mən tam əmin idim ki, bu layihə uğurla, vaxtında icra ediləcək, baxmayaraq ki, bu, çox nəhəng texniki-iqtisadi cəhətdən çox mürəkkəb bir layihədir. Bu layihə geniş beynəlxalq əməkdaşlıq tələb edən bir layihə idi. İlk dəfə olaraq Azərbaycan belə genişmiqyaslı beynəlxalq iqtisadi siyasi əməkdaşlığı tələb edən layihəyə start vermişdir, onun təşəbbüskarı olmuşdur. Cənub Qaz Dəhlizinin rəsmi açılışı onu göstərir ki, biz qarşımıza qoyduğumuz bütün hədəflərə çatdıq bu gün ölkəmizin həyatında neft-qaz sənayesinin inkişafında yeni dövr başlayır".

Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) regionda enerji təhlükəsizliyini  iqtisadi əlaqələri gücləndirməklə Cənub Qaz Dəhlizinin  əsasını təşkil edir. Türkiyə ərazisindən keçən, Gürcüstan-Türkiyə sərhədindən başlayıb Türkiyə-Yunanıstan sərhədində yekunlaşan 1850 kilometrlik boru kəməri  enerji şaxələndirilməsinə mühüm töhfə verir. İştirakçı ölkələr arasında regional əməkdaşlığa təkan verərək diplomatik iqtisadi əlaqələri gücləndirən layihə geosiyasi gərginliyi azaltmaqla daha geniş enerji şəbəkələrinə inteqrasiyaya yol açır. Boru kəmərinin digər Avropa ölkələrinə, o cümlədən Bolqarıstan, Serbiya Macarıstana da uzadılması planlaşdırılır ki, bu da öz növbəsində regional iqtisadi inkişafı sürətləndirməklə  enerji bazarlarının inteqrasiyasını gücləndirəcək.

Yunanıstan, Albaniya İtaliyanı əhatə edən Trans-Adriatik Boru Kəməri (TAPCənub Qaz Dəhlizinin mühüm tərkib hissəsi kimi Azərbaycandan təbii qazın Avropa bazarlarına nəqlini asanlaşdırır. TAP Türkiyə-Yunanıstan sərhədində Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) ilə birləşən İtaliyanın cənubundakı son nöqtəyə çatmazdan əvvəl Yunanıstan Albaniyadan keçərək 878 kilometrlik məsafəyə uzanan boru kəməridir. Boru kəməri Azərbaycanın "Şahdəniz 2" yatağından hasil edilən təbii qazın Avropa istehlakçılarına çatdırılmasına imkan verən Cənub Qaz Dəhlizində mühüm həlqədir. TAP qitənin enerji infrastrukturunu genişləndirməklə xarici enerji təminatçılarından asılılığı azaltmaqla Avropanın enerji müstəqilliyinin möhkəmləndirilməsində mühüm rol oynayır. Avropaya birbaşa marşrutu ilə boru kəməri regionun şaxələndirilmiş etibarlı enerji təchizatına çıxış imkanlarını artırır, davamlı əməkdaşlıq əlaqələrinin formalaşmasında  mühüm mərhələ təşkil edir.

Azərbaycan Cənub Qaz Dəhlizini reallaşdırmaqla özünü  bütün dünyaya həm   qaz ölkəsi kimi tanıtdı. Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliyanın iştirakı ilə icra edilən Cənub Qaz Dəhlizi layihəsinin 3500 kilometrlik məsafəni qət etməsi tərəfdaşlar arasında möhkəm təməllər əsasında qurulmuş əməkdaşlığın bariz nümunəsidir. Cənub Qaz Dəhlizi  layihəsinin reallaşması ilə Azərbaycan dünyada təhlükəsizliyin, əməkdaşlığın, qarşılıqlı iqtisadi maraqların təmin olunmasının tərəfdarı olduğunu bir daha sübut edir

Bu gün Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə Avropa ölkələrinin enerji təchizatına mühüm töhfələr verir. Belə ki, Rusiya-Ukrayna müharibəsinin başlaması Rusiyadan Avropaya təbii qaz  nəqlinin dayandırılması Avropa İttifaqının enerji təhlükəsizliyində ciddi problemlər yaradıb. Bu baxımdan, Cənub Qaz Dəhlizi  Avropanın təbii qaza artan tələbatının təmin olunması  vahid təchizatçıdan asılılığının azaldılması baxımından böyük əhəmiyyət kəsb edir. -nin yeni axtarışlarında Cənub Qaz Dəhlizinin uzunmüddətli tədarük təhlükəsizliyini təmin etmək üstünlüyü bir daha öz təsdiqini tapıb. Avropa Xəzər dənizi regionuna daxil olmaqla həm  öz enerji təhlükəsizliyini gücləndirir, həm vahid  təchizatçıdan asılılığını azaltmaqla potensial geosiyasi riskləri azaldır.

Mehparə ƏLİYEVA,

"Respublika".