İmişli: “Heydər Əliyev İli”
Region

İmişli: “Heydər Əliyev İli”

İmişli rayonunun  Heydər Əliyev Mərkəzində Ümummilli  Liderin 100 illik yubileyinə həsr olunan fotosərgi  keçirilib.  Tədbirin əvvəlində ulu öndər Heydər  Əliyevin  və  torpaqlarımızın  azadlığı  uğrunda  canlarını  qurban  vermiş  qəhrəman  Vətən  oğullarının  əziz  xatirəsi  dərin  ehtiramla  yad  edilib.  Tədbirdə  İmişli RİH başçısı  Elçin Rzayev, Kürdəmir  Regional  Mədəniyyət  İdarəsinin  rəisi  Faiq Xudanlı, YAP İmişli rayon  təşkilatının sədri  Səfa  Ağayev,  rayonun prokuroru  Valeh  Səmədov, polis şöbəsinin rəisi  Füzuli  Şxaliyev, Hərbi  Xidmətə  Çağrış  üzrə  dövlət  Xidməti  İmişli  Rayon  şöbəsinin  rəisi  Mətləb  Murğuzov, hüquq-mühafizə  orqanlarının rəhbərləri  və ictimaiyyətin nümayəndələri  iştirak ediblər.  Sərgidə  Ümummilli  Lider Heydər Əliyevin  Azərbaycana  rəhbərliyinin  hər  iki  dövründə  milli mədəniyyətə göstərdiyi  diqqəti, verdiyi  dəyəri  əks  etdirən  fotolar nümayiş  olunub.

Foto  sərgiyə  baxış  zamanı  Ulu  Öndər  Heydər  Əliyevin  zəngin  dövlətçilik  irsindən,  əbədiyaşar  ideyalarından,  azərbaycan  dövləti  və  xalqı  qarşısındakı  misilsiz xidmətlərindən  danışılıb.  

    Ərəstun ABDULOV,

    “Respublika”.