GƏNCLƏRİMİZ VƏTƏNPƏRVƏRLİK RUHUNDA TƏRBİYƏ OLUNUR
Region

GƏNCLƏRİMİZ VƏTƏNPƏRVƏRLİK RUHUNDA TƏRBİYƏ OLUNUR

Gəncə Şəhər İcra Hakimiyyəti, Gəncə Şəhər Ağsaqqallar Şurası Azərbaycan Texnologiya Universitetinin (ATU) birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş "Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi ölkəmizin gələcəyinin rəhnidir" mövzusunda konfrans keçirilib. İlk öncə ulu öndər Heydər Əliyevin büstü ziyarət edilib, önünə gül dəstələri düzülərək böyük ehtiramla yad edilib. Daha sonra ATU tələbələrinin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

ATU-nun evsahibliyi etdiyi konfrans Dövlət Himninin səsləndirilməsi ulu öndər Heydər Əliyevin, eləcə Vətən uğrunda canından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə ATU-nun rektor əvəzi dosent Yaşar Ömərov, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri professor Nurəddin Məmmədov, Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Yadigar Bədəlov, YAP Gəncə Şəhər Təşkilatının nümayəndəsi Cabir Məmmədov çıxış edərək gənclərin vətənpərvərlik ruhunda yetişmələri üçün görülən işlərdən, qarşıda duran vəzifələrdən əhatəli danışıblar. Bildirilib ki, ölkə gəncliyinə aşılanan Vətən sevgisi özünü 44 günlük Vətən müharibəsində bir daha əyani göstərdi.

Konfransda Gəncə Dövlət Universitetinin professoru Həsənbala Sadıqovun "Milli dəyər olan vətənpərvərlik tərbiyəsinin əsas istiqamətləri", ATU-nun dosenti Hüseyn Budaqovun "Gənclərin vətənpərvərlik tərbiyəsində Heydər Əliyevin rolu" adlı məruzələri dinlənilib.

Zabit XƏLİLOV,

"Respublika".