“Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü”
Region

“Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü”

Şamaxı Rayon İcra Hakimiyyəti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” adlı tədbir keçirildi.

Tədbirdən öncə Ümummilli lider Heydər Əliyevin Şamaxı rayon mərkəzində ucaldılan abidəsi ziyarət edildi, önünə gül dəstələri düzüldü, xatirəsi ehtiramla yad olundu. Daha sonra tədbir Şamaxı Rayon Mədəniyyət Mərkəzində davam etdirildi.

Tədbiri Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov açdı. O, qeyd etdi ki, Azərbaycanın çağdaş tarixinin milli intibah dövrü Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər xalqımızın taleyində misilsiz xilaskar missiyasını şərəflə yerinə yetirmişdir. Dahi rəhbər dövlətçiliyə hədsiz sədaqəti ilə indiki və gələcək nəsillərə örnək ola biləcək bir fəaliyyət nümunəsi, ölkəmizin davamlı inkişafının uzunömürlüyünü təmin edən təkmil irs, siyasi məktəb miras qoymuşdur. O, ölkə həyatının bütün sahələrində quruculuğun, davamlı inkişafın və islahatların banisi olmuşdur. Bütün sahələrin paralel və dinamik inkişafı məhz Ulu Öndərin adı ilə bağlıdır.

Çıxış edən natiqlər əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan müstəqilliyin əbədi, dönməz və sarsılmaz olduğunu xüsusi vurğuladılar. Sonra tədbir bədii hissə ilə davam etdirildi.

“Respublika”.