Hakimliyə namizədlərə ilkin tədrisin nəticələri üzrə yazılı imtahan keçirilib
Digər xəbərlər

Hakimliyə namizədlərə ilkin tədrisin nəticələri üzrə yazılı imtahan keçirilib

Dövlətimizin başçısının məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında tapşırıqlarına uyğun olaraq, vakant hakim vəzifələrinə, o cümlədən yeni ayrılmış hakim ştatlarına namizədlərin seçilməsi prosesi davam edir.

AZƏRTAC xəbər verir ki, növbəti müsabiqə zamanı 200-dən çox hakimliyə namizəddən 41 nəfəri test üsulu ilə, habelə yazılı və şifahi imtahanlardan müvəffəqiyyətlə keçib və yarım il davam edən tədris kursunu, o cümlədən məhkəmələrdə stajkeçməni uğurla başa vurub.

Həmin namizədlərin peşə hazırlığının yoxlanılması məqsədilə tədrisin nəticələri üzrə onlarla yazılı imtahan keçirilib. İmtahan karantin rejiminə uyğun olaraq zəruri sosial davranış və sanitar-epidemioloji qaydalar gözlənilməklə Dövlət İmtahan Mərkəzində təşkil olunub.

Dörd saat davam edən imtahanda namizədlər verilmiş hüquqi kazusları həll etməklə, müvafiq məhkəmə qərarlarını tərtib etmək bacarıqlarını nümayiş etdiriblər.

AZƏRTAC