Gənclər və idman naziri Beyləqan, Füzuli və Xocavənd rayonlarının sakinlərini qəbul edib
Sosial həyat

Gənclər və idman naziri Beyləqan, Füzuli və Xocavənd rayonlarının sakinlərini qəbul edib

Gənclər və idman naziri Fərid Qayıbov iyulun 9-da Beyləqan, Füzuli və Xocavənd rayonlarının sakinlərini qəbul edib.

Gənclər və İdman Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, qəbuldan əvvəl Beyləqan şəhərində ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib.

Beyləqan şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən qəbulda nazir Fərid Qayıbov vətəndaşları diqqətlə dinləyib, müraciətlərinin həlli üçün müvafiq tapşırıqlar verib.

Qəbulda nazir müavinləri Mariana Vasileva, İndira Hacıyeva və nazirliyin digər məsul əməkdaşları iştirak ediblər.

AZƏRTAC