Cəlilabad:  Məktəb  əsaslı təmir  olunub
Region

Cəlilabad:  Məktəb  əsaslı təmir  olunub

21 sentyabr 2021-ci il tarixdə  Cəlilabad  rayonunun   Kazımabad  kəndində əsaslı təmir olunmuş 420 yerlik tam orta məktəb binasının açılışı olub. Açılış mərasimində Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, Azərbaycan Respublikası Təhsil  Nazirliyinin nümayəndəsi  Nərmin Hüseynova və digər şəxslər iştirak ediblər. Tədbir iştirakçıları məktəbdə təlim və tədrisin yüksək səviyyədə aparılması üçün yaradılan şəraitlə tanış olublar. Məktəbin kitabxanası, fənn kabinələri, akt  zalı, idman zalı müasir avadanlıqlarla təchiz edilib.  Yeni  dərs  ilində əsaslı  təmir  olunan   orta  məktəbdə  420  şagirdin  təhsil  alması  üçün  nəzərdə tutulan bütün  sinif  otaqları  lazımi  qaydada  şagirdlərin  ixtiyarına  veriləcək.  Mərasim iştirakçıları təhsilə göstərilən daimi  diqqət  və  qayğı   üçün Prezident   İlham Əliyevə  və  Birinci vitse-prezident Mehriban xanım Əliyevaya səmimi minnətdarlıqlarını bildiriblər.

           Ərəstun  ABDULOV, 

            “Respublika”.