Boris Tadiç: Serbiya azad edilmiş torpaqların bərpasında Azərbaycana dəstək verə bilər
MÜSAHİBƏLƏR

Boris Tadiç: Serbiya azad edilmiş torpaqların bərpasında Azərbaycana dəstək verə bilər

Serbiya Azərbaycanın strateji tərəfdaşı kimi işğaldan azad edilmiş torpaqların bərpasında ölkənizə dəstək verə bilər.

Bu sözləri IX Qlobal Bakı Forumunun iştirakçısı, Serbiyanın sabiq Prezidenti Boris Tadiç AZƏRTAC-a müsahibəsində söyləyib.

Sabiq Prezident deyib: "Çox təəssüf ki, Serbiya enerji qovşağı deyil. Bu səbəbdən Serbiya Xəzər dənizinin təbii qazını Avropaya çatdıran, Azərbaycan və onun tərəfdaşları tərəfindən inşa edilən qaz kəmərlərinə qoşulmaq üçün interkonnektorlardan istifadə etməyə məcburdur.

Mən prezident olarkən arzu edirdim ki, bütün qaz kəmərləri Serbiyadan keçsin və ölkəmiz Cənub-Şərqi Avropa üçün enerji qovşağına çevrilsin".

AZƏRTAC