Baş nazir Əli Əsədov BP-nin nümayəndə heyəti ilə görüşüb
İQTİSADİYYAT

Baş nazir Əli Əsədov BP-nin nümayəndə heyəti ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov oktyabrın 26-da BP şirkətinin Hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel və Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan ilə BP şirkəti arasında uzun illərdir davam edən tərəfdaşlıqdan məmnunluq ifadə olunub, əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

Söhbət zamanı BP-nin Azərbaycanda həyata keçirdiyi layihələrin əhəmiyyəti vurğulanıb, işğaldan azad olunmuş ərazilərdə yaşıl enerji zonasının yaradılması layihəsində şirkətin iştirak imkanları xüsusi qeyd edilib.

AZƏRTAC