“Azərpoçt
Digər xəbərlər

“Azərpoçt"un adından dələduzluq məqsədilə yenidən saxta saytların yaradıldığı aşkarlanıb

Dələduzluq məqsədilə "Azərpoçt" MMC-nin adından yenidən saxta saytların yaradıldığı (hxxp://w.praiseplaintiff.cn/azerpostaz/ və hxxps://sbphnz.cyou/1ugBk50I/azerpostaz/) aşkarlanıb.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu dəfə dələduzlar "Sual-cavab nəticəsində "Azərpoçt"dan 600 manat qazanmaq imkanı" adı ilə şirnikləndirici saxta kampaniya başladıblar.

"Vətəndaşlar belə saxta kampaniyalara aldanmamaları, kart və fərdi məlumatlarını saxta saytlara əlavə etməmələri üçün reklam olunan kampaniyalara keçid zamanı səhifənin domen adını diqqətlə yoxlamalıdırlar. Vətəndaşlar belə saxta kampaniyalarla qarşılaşdıqda, kiberdələduzluq faktının analizi və yaradılmış saxta domenlərin zərərsizləşdirilməsi üçün Xidmətimizin CERT Mərkəzinə məlumat verə bilərlər", - deyə qurumun mətbuat xidmətinin məlumatında bildirilib.