Azərbaycanla Böyük Britaniya arasında çoxtərəfli əməkdaşlıq münasibətlərinin uğurlu inkişafı ətrafında fikir mübadiləsi aparılıb
Siyasət

Azərbaycanla Böyük Britaniya arasında çoxtərəfli əməkdaşlıq münasibətlərinin uğurlu inkişafı ətrafında fikir mübadiləsi aparılıb

Fevralın 1-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Böyük Britaniyanın Avropa məsələləri üzrə dövlət naziri Kris Hiton-Harris arasında telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, telefon danışığı zamanı tərəflər Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında çoxtərəfli əməkdaşlıq münasibətlərinin uğurlu inkişafı ətrafında fikir mübadiləsi aparıblar. Regional təhlükəsizlik məsələləri, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər də müzakirə mövzusu olub.

Cari ildə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunacağına istinad edən nazirlər bu münasibətlə birgə tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıblar. Tərəflər, həmçinin bu xüsusda qarşılıqlı səfərlərin həyata keçirilməsinin vacibliyini vurğulayıblar.

Telefon danışığı zamanı Azərbaycanın ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumuna sədrliyi və sədrlik prioritetlərinin həyata keçirilməsi, habelə qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.

AZƏRTAC