Azərbaycanın hüquqi dövlət quruculuğunda  müstəsna xidmətlər
Siyasət

Azərbaycanın hüquqi dövlət quruculuğunda  müstəsna xidmətlər

Xalqımızın ümummilli lideri, müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin anadan olmasından 100 il keçir. Ulu öndərin Azərbaycana rəhbər seçilməsi ilə cəmiyyət həyatının bütün sahələrində tamamilə yeni dövr başladı, respublikamızda böyük inkişafın təməli qoyuldu. Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar iqtisadi potensialın formalaşmasına, sosial-mədəni həyatın canlandırılmasına milli-mənəvi dəyərlərin dirçəldilməsinə, müstəqilliyimizin möhkəmləndirilməsinə, müasir ordu quruculuğuna, bütövlükdə beynəlxalq aləmdə özünə layiqli yer tutan hüquqi-demokratik dövlətin qurulmasına xidmət etmişdir.

Müasir dünya tarixinin tanınmış simaları Heydər Əliyevi Azərbaycan xalqının bəşər tarixinə bəxş etdiyi nadir siyasi dövlət xadimlərindən hesab edirlər. O, təkcə Azərbaycanı qaranlıqdan işığa çıxarmamış, eyni zamanda müasir Azərbaycanın memarı qurucusu olmuş bizə müstəqil qüdrətli bir dövlət miras qoyub getmişdir. Məhz buna görə xalqımız Azərbaycanı canından əziz bilən oğluna "ümummilli lider" adını vermiş xatirəsini həmişə uca tutaraq, ona sonsuz ehtiram minnətdarlıq duyğularını ifadə etmişdir. Çünki bir insan öz xalqı üçün, onun istiqlaliyyəti müstəqilliyi, dünya xalqları ailəsində özünə layiq yer alması üçün edə bilərsə, bunların hamısını dahi rəhbərimiz yalnız özünəməxsus tarixi yolla, strategiya taktika ilə həyata keçirmişdir.

May ayının 10-da Azərbaycan xalqı özünün xilaskar oğlunun anadan olmasının 100 illiyini böyük ehtiramla qeyd edəcəkdir. Bu, müasir Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023- ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında Sərəncam imzalamışdır. Sərəncamda deyildiyi kimi, ümummilli lider Heydər Əliyevin zəngin həyat yolu müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlamış, öz xalqına sıx bağlılığın, milli dövlətçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olmuşdur. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə silahlı qüvvələrimizin şücaəti, şəhidlərimizin qanı, əsgərlərimizin qəhrəmanlığı sayəsində 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanılmışdır.

Çağdaş tariximiz göstərir ki, ümummilli liderimiz Azərbaycana rəhbərlik etdiyi istər birinci, istərsə ikinci dövrlərdə özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi yüksək vətənpərvərliyi sayəsində ölkəmizin sosial-iqtisadi həyatının bütün sahələrində olduğu kimi, hüquqi dövlət quruculuğunda da böyük nailiyyətlərə imza atılmışdır. Dahi rəhbər harada hansı vəzifədə işləməsindən asılı olmayaraq bütün məsələlərdə ədalətli qərarların qəbul edilməsinin tərəfdarı olmuş bu amal onun siyasi fəaliyyətinin ana xəttini təşkil etmişdir.

1981-ci il noyabrın 18- Moskvada çap edilən "Literaturnaya qazeta"da dərc olunan "Qoy ədalət zəfər çalsın" sərlövhəli məşhur müsahibəsi zamanında siyasi publisistikanın ən çox müzakirə olunan təqdir edilən nümunələrindən biri idi. Ulu öndər hələ o vaxt keçmiş SSRİ- qəbul edilmiş kriteriyalara böyük cəsarətlə xüsusi yanaşma nümayiş etdirmişdir. "Mən qeyd etmək istərdim ki, "qanunçuluq" dedikdə biz Cinayət Məcəlləsindən çox bizim cəmiyyətin mənəvi məcəlləsini nəzərdə tuturuq. bu nöqteyi-nəzərdən hüquq pozuntuları özlüyündə, onların profilaktikası yalnız hüquqi məsələ deyil. Necə ki, söhbət, ilk növbədə insan uğrunda mübarizədən, sovet adamının hüquqlarına hörmətlə yanaşılmasından, ləyaqətinin şərəfinin qorunmasından, onda ən yaxşı vətəndaş keyfiyyətlərinin, yüksək mənəvi prinsiplərin tərbiyə olunmasından gedir".

Bu il 105 illik yubileyini qeyd edəcək Azərbaycan Respublikası prokurorluğunun keçdiyi yola nəzər salsaq görərik ki, o, çətin olduğu qədər şərəfli bir tarixdir. Bu tarixin ən yaddaqalan səhifələri ümummilli liderimiz tərəfindən öz dahiyanə zəkası, müdrik düşüncəsi parlaq bacarığı ilə yazılmışdır.

 Qısa zaman çərçivəsində hüquqi dövlət quruculuğu sahəsində görülən işləri inkişaf etmiş dövlətlərlə müqayisə etsək görərik ki, onlar demokratik hüquqi təsisatlar istiqamətində əldə etdiklərinə əsrlərlə zaman sərf etmişlər. Azərbaycan isə buna ulu öndərin dövlət quruculuğu sahəsində, yüksək bacarığı siyasi iradəsi hesabına qısa zaman çərçivəsində nail ola bilmişdir. Tarixilik nöqteyi-nəzərdən bir neçə misal çəksək, yerinə düşər.

Ümummilli lider Heydər Əliyev 1993- il xalqın təkidli xahişi ilə, tarixi zərurəti nəzərə alaraq Bakıya qayıdıb siyasi hakimiyyət sükanı arxasına keçdikdən sonra digər sferaları əhatə edən köklü islahatlarla yanaşı, hüquqi dövlət quruculuğu, beynəlxalq aləmin qəbul etdiyi demokratik təsisatların təmin edilməsi istiqamətində titanik işlər görmüşdür. Müstəqil Azərbaycanın ilk Konstitusiyasının hazırlanmasına rəhbərlik edən komissiyanın sədri kimi buradakı bütün maddələr məhz ulu öndərin redaktəsindən keçmiş onun qəlbinin qələminə süzülən istisi ilə ərsəyə gəlmişdir. 1995-ci il 12 noyabr tarixində qəbul olunan Konstitusiya Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətlərindəndir.

 Azərbaycan Respublikasının Konstitusiyasında Azərbaycan Prokurorluğuna xüsusi yer ayrılmış, onun sisteminə fəaliyyətinə dair ümumi müddəalar öz əksini tapmışdır. Ali Qanunumuzda ilk dəfə məhkəmə hakimiyyəti sisteminə daxil olan prokurorluq orqanlarının statusu, təşkili, fəaliyyət prinsipləri, səlahiyyət dairəsi qanunvericilik qaydasında təsbit edilmişdir.

Ümummilli liderin təşəbbüsü ilə 1996- ildə respublikamızda hüquqi islahatlarının ardıcıl həyata keçirilməsi, demokratik təsisatların qanunun aliliyi prinsipinin möhkəmləndirilməsi, qanunvericilik, icra məhkəmə hakimiyyətinin qarşılıqlı fəaliyyətinin təmin edilməsi məqsədilə Hüquqi İslahat Komissiyası, 1998-ci ildə isə Azərbaycan Respublikasının idarəetmə sistemində islahatlar aparılması üçün Dövlət Komissiyası yaradıldı. Digər hüquqi sənədlərlə yanaşı, 1999-cu ildə demokratik cəmiyyətin tələblərinə, beynəlxalq standartlara uyğun hazırlanan "Prokurorluq haqqında" Qanun qəbul edildi.

Yeni Qanunda Azərbaycan Prokurorluğunun fəaliyyətinin əsas istiqamətləri müəyyən edilməklə yanaşı, "qanunçuluq, hər kəsin qanun qarşısında hüquq bərabərliyi, fiziki şəxslərin hüquq azadlıqlarına, hüquqi şəxslərin hüquqlarına əməl hörmət edilməsi, obyektivlik, qərəzsizlik faktlara əsaslanma" kimi müasir, qloballaşan dünyanın ümumbəşəri dəyərlərini özündə əks etdirən prinsiplər prokurorluq orqanlarının fəaliyyətinin əsasları kimi müəyyən edilmişdir.

Ümummilli lider Heydər Əliyev respublika prokurorluğunun fəaliyyətinə aid qanunvericilik bazasının möhkəmləndirilməsi, prokurorların peşə məsuliyyətinin artırılması istiqamətində atdığı addımlarla yanaşı, eyni zamanda onların əməyinə həmişə yüksək qiymət vermişdir. Bu sahənin rəhbər işçiləri ilə keçirdiyi tarixi görüşlərdə ulu öndər vaxtilə söyləyirdi ki, "Azərbaycan Prokurorluğunun inkişaf etməsinə dövlət qayğısı bu gün , gələcəkdə olacaqdır. Buna əmin ola bilərsiniz. Azərbaycan Prezidenti kimi mən Azərbaycan Prokurorluğuna inanıram, güvənirəm arxalanıram".

 Prokurorluq işçilərinə peşə bayramı kimi əlamətdar bir günü bəxş edən məhz Heydər Əliyev olmuşdur. Ulu öndərin 17 iyul 1998-ci il tarixli Sərəncamı ilə 1 Oktyabr - Prokurorluq İşçilərinin Peşə Bayramı Günü kimi təsis edilməklə, prokurorluğun cəmiyyətdəki roluna yerinə dövlət səviyyəsində münasibət bildirilmişdir.

Biz, 1998-ci ildə "Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər edilməsi haqqında" referendum aktına əsasən Azərbaycan Respublikası Prokurorluğuna qanunvericilik təşəbbüsü hüququnun verilməsini, 2004- ildə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin məhz Azərbaycan Respublikasının Baş Prokurorluğu yanında yaradılmasını prokurorluğa dövlət səviyyəsində inam etimad kimi qiymətləndiririk.

Ulu öndərin diqqət qayğısı sayəsində Azərbaycan prokurorluğu cəmiyyətdə öz layiqli yerini tutmağa nail olmuş, dövlətçiliyimizin sütunlarından biri olan mühüm təsisata çevrilmişdir. Məhz buna görə tam əminliklə demək olar ki, bu gün respublika prokurorluğu öz tarixinin ən möhtəşəm inkişaf dövrünü yaşayır burada Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə, xalqın dövlətin maraqlarının daha effektiv təmin edilməsinə çalışan, fəaliyyətlərində müasir həyatın tələblərinə cavab verən, müasir texnologiyalara əsaslanan innovativ metodlarını bacarıqla həyata keçirən insanlar çalışır.

Bu gün hər bir azərbaycanlının milli qürur iftixar mənbəyi olan Heydər Əliyevin ruhu da şaddır. Çünki memarı qurucusu olduğu Azərbaycan bütün sahələrdə regionun lider dövlətidir. Ona görə ki, "Şərqdə günəş kimi doğan" Azərbaycanda əsası Heydər Əliyev tərəfindən qoyulan siyasi kurs möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Yüz illər keçəcək, lakin bütün dünyada Azərbaycanın rəmzi kimi tanınan Heydər Əliyevin adı həmişə uca tutulacaq, xatirəsi böyük məhəbbət ehtiramla yad ediləcəkdir.

Rəşad MANSUROV,

Salyan rayon prokuroru, baş ədliyyə müşaviri.