Azərbaycan Respublikası Hesablama Palatasının auditorunun təyin edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı
Hüquqi aktlar

Azərbaycan Respublikası Hesablama Palatasının auditorunun təyin edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin 44-cü maddəsinin dördüncü hissəsinə, ”Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununun 11.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Vüqar Emin oğlu İbrahimov Azərbaycan Respublikası Hesablama Palatasının auditoru təyin edilsin.

 

Azərbaycan Respublikası

Milli Məclisinin sədri                         Sahibə Qafarova

Bakı şəhəri, 30 dekabr 2022-ci il