Azərbaycan Respublikası Prezidentinin “Minimum aylıq əməkhaqqının məbləğinin artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli 1265 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” 2021-ci il 17 dekabr tarixli 3051 nömrəli Sərəncamının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 28 sentyabr tarixli 142 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 9, maddə 755; 2005, № 12, maddə 1224; 2007, № 2, maddələ r 180, 186; 2008, № 2, maddə 120, № 7, maddə 688; 2013, № 12, maddə 1631; 2018, № 2, maddə 344, № 3, maddə 609; 2019, № 2, maddə 367, № 8, maddə 1454) 2-ci hissəsi aşağıdakı redaksiyada verilsin:
“2. Dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları 2022-ci il yanvarın 1-dən aşağıdakı məbləğdə müəyyən edilsin:
Sıra №-si |
|
Aylıq vəzifə maaşının məbləği (manatla) |
1 |
Ali kateqoriya dövlət orqanlarında |
370 |
2 |
1-ci kateqoriya dövlət orqanlarında |
355 |
3 |
2-ci və 3-cü kateqoriya dövlət orqanlarında |
335 |
4 |
4-cü və 5-ci kateqoriya dövlət orqanlarında |
315 |
2. Bu Qərarın 1-ci hissəsində qeyd olunan işçilərin mükafatlandırılması məqsədilə hər il növbəti il üçün təsdiq edilən dövlət büdcəsində onların çalışdıqları dövlət orqanlarında həmin işçilər üçün müəyyən olunmuş aylıq vəzifə maaşının 3 misli həcmində əlavə vəsaitlər nəzərdə tutulur.
3. Bu Qərar 2022-ci il yanvarın 1-dən tətbiq edilir.
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri.
Bakı şəhəri, 14 yanvar 2022-ci il