DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

QADIN HÜQUQLARININ POZULMASINA GÖRƏ SANKSİYALAR SİYAHISINI RAZILAŞDIRIB

Avropa İttifaqı () ilk dəfə olaraq cinsi zorakılıq qadın hüquqlarının pozulmasına görə məsuliyyət daşıyan şəxslərə qarşı sanksiyalar paketini razılaşdırıb. “Reportun verdiyi xəbərə görə, bu barədə İspaniyanınEFEagentliyi məlumat yayıb.

Bildirilir ki, sözügedən qərar Beynəlxalq Qadınlar Günü ərəfəsində Niderlandın xarici işlər naziri Vopke Hukstranın təşəbbüsü ilə qəbul edilib.

Nazir qeyd edib ki, Ukrayna Cənubi Sudan kimi ölkələrdəki münaqişələrdə, xüsusilə qadınlara qızlara qarşı cinsi zorakılıq müntəzəm olaraq baş verir.

İran, Myanma, Suriya ya Əfqanıstanda etiraz aksiyaları, həbslər zamanı qadınların hüquqları ciddi şəkildə pozulur”, - deyə Vopke Hukstra əlavə edib.

 

ABŞ KANADA İLƏ SƏRHƏDDƏ MİQRANTLAR SƏBƏBİNDƏN MÜHAFİZƏNİ GÜCLƏNDİRİB

ABŞ hakimiyyəti xüsusən Meksikadan gələrək ABŞ-a keçməyə çalışan qanunsuz miqrantların sayının artması fonunda Kanada ilə sərhəddə sərhəd xidməti əməkdaşlarının sayını artırıb. “Trendagentliyinin məlumatına görə, bu barədəNBCtelekanalı ABŞ Gömrük Sərhəd Xidmətinin nümayəndəsinə istinadən xəbər verib.

Telekanalın açıqlamasına görə, əsasən meksikalılardan ibarət olan miqrantlar təyyarə ilə Kanadaya uçur, daha sonra oradan qanunsuz yolla sərhədi keçərək ABŞ-a daxil olmağa çalışırlar.

ABŞ-ın Suonton bölgəsində qanunsuz miqrasiyaya görə saxlanılma halları vəziyyətin əhəmiyyətli dərəcədə dəyişdiyini göstərir”, - ABŞ Gömrük Sərhəd Xidmətinin nümayəndəsi telekanala bildirib.

Məlumata əsasən, Suonton bölgəsinə ABŞ-ın Vermont, Nyu-Hempşir Nyu-York ştatlarının bir hissəsi daxildir. Bu bölgədə 2022-ci ilin oktyabrından 2023- ilin yanvar ayına qədər saxlanılan qanunsuz miqrantların sayı öncəki ilin analoji dövrü ilə müqayisədə 846 faiz artıb.

 

BMT UKRAYNADA HƏLAK OLAN DİNC SAKİNLƏRİN SAYINI AÇIQLAYIB

Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsi başlayandan indiyədək 8173 mülki şəxs  həlak olub. “Reportagentliyinin verdiyi xəbərə görə, bunu BMT-nin İnsan hüquqları üzrə Ali Komissarlığı açıqlayıb.

Məlumata əsasən, 8000-dən çox ölümlə yanaşı, BMT Rusiyanın hücumu nəticəsində 13620 nəfərin yaralandığını qeydə alıb.

Bununla yanaşı, ötən ay 589 zərərçəkmiş təsdiqlənib - 138 dinc sakin həlak olub, 451 nəfər yaralanıb. Bunun səbəbi əksər hallarda geniş ərazini məhvetmə xüsusiyyətli silahların partlayıcı predmetlərin istifadəsidir.

Eyni zamanda, Ali Komissarlıq vurğulayıb ki, gərgin döyüşlərin davam etdiyi bəzi yerlərdən məlumat axını ləngidiyindən müharibə nəticəsində ölənlərin real sayı xeyli çoxdur.

Verilən xəbərə əsasən, bir çox məlumatlar hələ təsdiqini tapmayıb. Bu, xüsusən Mariupol, Lisiçansk, Popasna Severodonetskə aiddir.

 

İKİ TERROR TƏŞKİLATI ARASINDA QANLI MÜHARİBƏ

Boko HaramISWAPterror təşkilatları arasında Nigeriyanın şimal-şərqində baş verən qarşıdurmalarda çoxlu sayda terrorçu ölüb. “Teleqraf.comun verdiyi xəbərə görə, ölkənin kəşfiyyat xidmətinin rəsmi nümayəndəsi Zaqazola Makama qarşıdurmanın Qudumbali-Kukava vilayətində baş verdiyini açıqlayıb.

Eyni zamanda, rəsmi nümayəndə qarşıdurmalarda aralarında uşaq qadınların da olduğu 200 terrorçunun öldürüldüyünü, çoxlu sayda terrorçunun isə yaralandığını bildirib.

Qeyd edilir ki, “Boko Haramın qurucusu Məhəmməd Yusifin oğlu Əbu Musab əl-Bərnavi atasının 2009-cu ildə ölümündən sonra terror təşkilatına rəhbərlik edir.

2016- ildəBoko Haramda başlayan liderlik davası Bərnavi Əbu Bəkr Şekau arasında fikir ayrılığına səbəb olub. ŞekauBoko Harama rəhbərlik edərkən, BərnaviISWAPı quraraq fəaliyyətini davam etdirir.

Qeyd edək ki, ölkədə 2000-ci illərin əvvəllərindənBoko Haram" terror təşkilatının təşkil etdiyi kütləvi qanlı aktlarda 20 mindən çox insan həlak olub.

 

TÜRKİYƏ RUMINİYA TƏHLÜKƏSİZLİK ÜZRƏ İŞÇİ QRUPU YARADACAQLAR

Türkiyə Rumıniya Qara dənizdə təhlükəsizlik üzrə ikitərəfli işçi qrupu yaradır. “Reportagentliyinin xəbərinə görə, bu barədə Rumıniyanın xarici işlər naziri Boqdan Auresku ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığı zamanı bildirib.

Rumıniya xarici işlər naziri amerikalı həmkarını türkiyəli həmkarı tərəfindən 2022-ci ilin dekabrında təsdiq edilmiş Qara dənizdə təhlükəsizlik üzrə ikitərəfli Rumıniya-Türkiyə işçi qrupunun yaradılması təklifi barədə məlumatlandırıb. Amerika tərəfi bu təşəbbüsü yüksək qiymətləndirib”, - deyə Rumıniya XİN-in açıqlamasında vurğulanıb.

Eyni zamanda, telefon danışığı zamanı diplomatlarQara dəniz regionunda onun mühüm ticarət enerji marşrutu statusunu gücləndirəcək strateji yanaşma vasitəsilə sabitliyin möhkəmləndirilməsi imkanlarınımüzakirə ediblər.

Bu kontekstdə, Boqdan Auresku amerikalı həmkarına rəsmi Buxarestinqiymətləndirmə ideyalarınıəhatə edən sənədi rəsmi Vaşinqtona təqdim edildiyini xatırladıb.

Qeyd edək ki, Rumıniya ABŞ-nin baş diplomatları arasında telefon danışığı bu ilin martında Buxarestdə keçiriləcək Rumıniya ABŞ arasında Strateji Dialoqun səkkizinci görüşünə hazırlıq çərçivəsində baş tutub.

 

İRANDA ZƏHƏRLƏNƏN TƏLƏBƏLƏRİN SAYI 5 MİN NƏFƏRİ KEÇİB

İranda ötən ilin noyabr ayından büğünədək 5 mindən çox tələbə naməlum qazdan zəhərlənib. Bu barədəTRTtelekanalı “ISNAagentliyinə istinadən məlumat yayıb.

İran parlamentinin zəhərlənmə hallarının araşdırılması komissiyasının üzvü Məhəmməd Həsən Asferi bildirib ki, kütləvi zəhərlənməyə dair kəşfiyyat, daxili işlər, təhsil, səhiyyə nazirliklərilə İnqilab Keşikçiləri Polis Təşkilatı nümayəndələrinin iştirakı ilə iclas keçirilib.

İclasda təqdim olunan hesabatlara toxunan komissiya üzvü 30 noyabr 2022-ci ildən bəri 25 əyalətdəki 230 məktəbdə 5 mindən çox oğlan qız tələbənin zəhərləndiyini açıqlayıb.

Zəhərlənmənin səbəbini müəyyən etmək üçün müxtəlif testlər aparıldığını qeyd edən İran rəsmisi zəhərin növü ya mənbəyini müəyyən etmək mümkün olmadığını araşdırmaların davam etdiyini diqqətə çatdırıb.

Məhəmməd Həsən Asferi qeyd edib ki, təsdiq olunmayan məlumata əsasən, bəzi yerlərdə çürük meyvə qoxusuna bənzər qaz emissiyasının olduğu barədə ifadələr var. Araşdırma Komissiyasının üzvü əlavə edib ki, Səhiyyə Nazirliyi hadisəni ciddi şəkildə izləyir nazirlikdən nəticə gözlənilir.

 

QAZ SATINALMALARI ÜÇÜN GƏLƏN AY KARTEL FORMALAŞDIRACAQ

Avropa İttifaqı () gələn ay enerji daşıyıcılarının qiymətini azaltmaq məqsədilə qaz tədarükü üzrə tender elan etməyi planlaşdırır. “Trendin məlumatına görə, bu barədə Avropa Komissiyasının (AK) sədr müavini Maroş ŞefçoviçinBloombergagentliyinə verdiyi müsahibədə bildirilir.

Açıqlamaya əsasən, tender elan edildikdən sonra -nin iyun ayınadək ABŞ, Afrika Yaxın Şərqdən olan tədarükçülərlə ilk müqavilələri imzalayacağı gözlənilir.

Ümid edirəm ki, rəqabəti artıracaq, yeni tədarükçülər cəlb edəcək enerji daşıyıcılarının qiymətini azaldacaq yeni sistem yaradacağıq”, - deyə sədr müavini vurğulayıb. Onun sözlərinə görə,  50-dən çox tədarükçü Avropa ilə enerji əməkdaşlığında maraqlıdır.

İlkin qiymətləndirmələrə əsasən, -nin 27 üzv ölkəsinin birgə tələbatı yaxın üç il ərzində 24 milyard kubmetr təşkil edəcək. M.Şefçoviç Avropanın sənaye istehlakçıları tərəfindən birgə qaz satınalmalarına daha çox maraq polad, alüminium, keramika, şüşə avtomoboil istehsalı kimi sahələrdə müşahidə olunur.

Hazırladı:

Vamiq ABBASOV,

Respublika”.