UNUDULMAYAN QƏHRƏMANLIQ
Region

UNUDULMAYAN QƏHRƏMANLIQ

Viləş kəndi Masallıda qəhrəmanlar yurdu kimi tanınır. Qarabağ müharibəsində Əsgərovlar ailəsindən iki qardaş - Nurlan İntiqam Əsgərli xüsusi şücaət, igidlik göstərərək şəhidlik məqamına yüksəlib.

Nurlan Əsgərli 1995-ci il dekabr ayının 3- Viləş kəndində zəhmətkeş bir ailədə dünyaya göz açıb. S.Hacıyev adına Viləş kənd tam orta məktəbində təhsil alıb. Məktəb illərində boks cüdoyla məşğul olub. Rayon çempionatlarında dəfələrlə qalib gələrək bacarıqlı idmançı kimi tanınıb.

Orta məktəbi bitirdikdən sonra 2014- ilin yanvar ayında Masallı rayonundan həqiqi hərbi xidmətə çağırılıb. Xidmət dövründə kəşfiyyatçı peşəsinə yiyələnib. Müddətdən artıq könüllü xidmət etmək üçün hərbi hissədə saxlanılıb. Əvvəl baş əsgər, sonra gizir rütbəsində xidmətini davam etdirib.

Nurlan hərb tariximizə zəfərimizin müjdəsi kimi yazılan 2016- ilin Aprel döyüşlərində fədakarlıq, rəşadət göstərib. Böyük qardaşı gizir İntiqam Əsgərli ilə birlikdə Tərtər rayonunun Talış kəndi istiqamətində döyüşüb. Hərbi əməliyyat zamanı əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Talış yüksəkliyi işğaldan azad edilib.

İki qardaş Talış kəndi istiqamətində gedən döyüşlərdə əsl qəhrəmanlıq göstərib. Sevimli komandirləri polkovnik-leytenant Raqif Orucovun onların gözləri qarşısında həlak olması qardaşları dərindən sarsıdıb. Nurlan qardaşı əsgər yoldaşları ilə qəhrəman komandirin nəşini döyüş meydanından çıxarıb. Geri qayıdanda yaxınlıqda mərmi partlayıb. Ətrafı bürüyən toz-duman çəkiləndən sonra İntiqam Nurlanı axtarıb. Elə bu vaxt onlara tərəf daha bir mərmi düşüb. Nurlanın yıxıldığını görən İntiqam ona doğru qaçıb. Qardaşının ağır yaralandığını, qan içində görüb onu qolları arasına alır. Cəmi 30 saniyədən sonra Nurlan gözlərini yumaraq əbədiyyətə qovuşur.

2016- ilin aprelin 5- Nurlan Əsgərli doğulduğu Viləş kəndində böyük izdihamla son mənzilə yola salınıb. Dəfn mərasimində rayon rəhbərləri, minlərlə sakin, şəhidin qulluq etdiyi hərbi hissənin əsgər zabitləri iştirak edirdi.

Nurlan Bayram oğlu Əsgərli Aprel döyüşlərində göstərdiyi şücaətə görə ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalla təltif edilib.

Qardaşı Sərhəd Qoşunlarının giziri İntiqam Əsgərli Vətən müharibəsində Şuşanın azad edilməsi uğrunda igidliklə döyüşərək noyabrın 9-da şəhid olub. Azərbaycan Prezidentinin Sərəncamı ilə İntiqam Əsgərliyə Vətən Müharibəsi Qəhrəmanı fəxri adı verilib. "Vətən uğrunda" "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub. Masallı şəhərinin mərkəzi küçələrindən biri İntiqam Əsgərlinin adını daşıyır. İntiqam ailəli idi, iki övladı - Nur İntiqam ondan yadigar qalır.

Bu günlərdə Viləş kəndində Aprel şəhidi Nurlan Əsgərlinin anım mərasimi keçirilib. Mərasimdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, icra aparatının rəsmiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Yeni Azərbaycan Partiyasının fəalları, şəhid ailələrinin üzvləri, ağsaqqallar, ziyalılar, kənd sakinləri iştirak edirdi.

Mərasimdə şəhid Nurlan Əsgərlinin ömür yolundan, vətənpərvərliyindən, döyüş meydanında fədakarlığından danışıldı. İki şəhid anası Ziba Əsgərova Azərbaycanın qalib dövlət kimi dünyada tanınması ilə fəxr etdiyini bildirdi.

Sonra Nurlan İntiqam Əsgərli qardaşlarının məzarları ziyarət olundu, ruhlarına dualar oxundu, əziz xatirələri ehtiramla anıldı.

Əlisəfa HƏSƏNOV,

"Respublika".