UNİCEF-in uşaq müdafiəsi üzrə mütəxəssisi  ilə görüş keçirilib
Sosial həyat

UNİCEF-in uşaq müdafiəsi üzrə mütəxəssisi  ilə görüş keçirilib

13 iyun 2023-ci il tarixində  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Ceyran Rəhmətullayeva UNİCEF-in Avropa və Mərkəzi Asiya üzrə Regional Ofisinin uşaq müdafiəsi üzrə mütəxəssisi  Stella Qriqoras ilə görüşüb.  Bu barədə Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsinin məlumatında bildirilir.

Görüşün məqsədi, dövlət uşaq müəssisələrinin fəaliyyəti və həmin müəssisələrə yerləşdirilən uşaqların hüquqlarının müdafiəsi ilə bağlı qurumlar arasında əməkdaşlıq perspektivlərini müzakirə etmək olub.

Komitənin Aparat rəhbəri Ceyran Rəhmətullayeva uşaq hüquqlarının müdafiəsinin qurumun fəaliyyətinin prioritet istiqaməti olduğuna diqqət çəkərək, dövlət uşaq siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi bu sahədə həyata keçirilən tədbirlər barədə məlumat verib. Qeyd olunub ki, hazırda 2020-ci ildə qəbul edilmiş “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası”na qəbul edilmiş Fəaliyyət Planınında nəzərdə tutulan bəndlərə uyğun olaraq, sözügedən sahədə aidiyyəti qurumlar tərəfindən lazımi tədbirlər həyata keçirilir. 

UNİCEF-in mütəxəssisi Stella Qriqoras Avropa və Mərkəzi Asiyada dövlət uşaq müəssisələrinə yerləşdirilən uşaqların müdafiəsi sahəsində həyata keçirilən islahatlarla bağlı UNİCEF-in göstərə biləcəyi dəstəklə əlaqədar fikirlərini və təkliflərini səsləndirib

“Respublika”.