Ulu öndər və Hüquqi Dövlət Quruculuğu
Region

Ulu öndər və Hüquqi Dövlət Quruculuğu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Heydər Əliyev İli” çərçivəsində, Mingəçevir şəhər İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə sil-silə tədbirlər keçirilməkdədir.

Azərbaycan Respublikasının Prokurorluğunun göstərişinə müvafiq olaraq Mingəçevir Şəhər Prokurorluğu “Ulu öndər və Hüquqi Dövlət Quruculuğu” mövzusunda konfrans keçirmişdir.Konfrans öncəsi Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulmuş, xatirəsi böyük ehtiramla yad edilmişdir. Sonra, iştirakçılar Heydər Əliyev Mərkəzində  ulu öndərə həsr edilmiş zəngin sərgi ilə yaxından tanış olmuşlar. Konfrans iştirakçıları torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.  Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra, Mingəçevir şəhər prokuroru  Qabil Səfərov iştirakçıları salamlayaraq  geniş məruzə ilə çıxış etmişdir. Konfransda Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxış edərək, Heydər Əliyevin 30 ildən artıq bir dövrdəki hakimiyyəti illərində Azərbaycanın inkişafına və eləcə də prokurorluq işçilərinə göstərdiyi hərtərəfli qayğısından, həyata keçirdiyi əməli işlərdən bəhs etmişdir. Konfransda çıxış edənlər ulu öndər Heydər Əliyevin dövlətimizin, xalqımızın inkişafı, tərəqqisi yolundakı xidmətlərindən danışmışlar.

Zabit XƏLİLOV,

“Respublika”.