Şamaxı və Ağsu rayonlarının istehsalat müəssisələrində
Region

Şamaxı və Ağsu rayonlarının istehsalat müəssisələrində

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rəhbərliyi və bir qrup əməkdaşı Şamaxı rayonunda olublar.Nümayəndə heyəti Şamaxıya səfər çərçivəsində Meysəri kəndindəki “Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksinə baş çəkiblər. Bildirilib ki, üzümçülük və şərabçılıq kompleksinin ümumi sahəsi 310 hektardır. Kompleksin ərazisində sahəsi 4398 kvadratmetr olan şərab zavodu müasir texnologiya ilə inşa edilib və Fransanın “Pera” şirkətinin avadanlıqları ilə təchiz olunub. Müəssisənin hədəfi illik 1,4 milyon litr şərab istehsalına nail olmaqdır.

Sonra, ADAU rəhbərliyi ilə “Şirvan şərabları” MMC-nin rəhbər heyəti arasında görüş keçirilib. Görüşdə birgə əməkdaşlıq perspektivləri, müəllim-tələbə mübadiləsi və digər məsələlər müzakirə olunub. Sonda ADAU-nun rektor vəzifəsini icra edən Zəfər Qurbanovla “Şirvan şərabları” MMC nin baş direktoru Orxan Məlikov arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanıb.Şərabçılıq kompleksi ilə tanışlıqdan sonra, Şamaxı Regional Kollecində olan ADAU rəhbərliyi kolleclə tanışlıq olub, gələcəkdə birgə həyata keçirilə biləcək layihələrdən söz açılıb.

                   Zabit XƏLİLOV,

                   “Respublika”.