Parlamentlərarası İttifaqın Baş katibi ilə görüş
Siyasət

Parlamentlərarası İttifaqın Baş katibi ilə görüş

Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqla ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə ölkəmizin evsahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29), eyni zamanda qlobal iqlim dəyişikliyinin mənfi təsirləri və bu istiqamətdə kollektiv əməkdaşlığın qurulmasının vacibliyi ətrafında fikir mübadiləsi aparılıb.