“Qərbi Azərbaycan: gənclərin gözü ilə
Sosial həyat

“Qərbi Azərbaycan: gənclərin gözü ilə"

Ağstafada "Qərbi Azərbaycan: gənclərin gözü ilə" mövzusunda maarifləndirici tədbir keçirilib.

Rayon icra hakimiyyəti başçısı aparatının inzibati binasının iclas zalında təşkil olunan tədbirdən əvvəl ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə RİH başçısı Seymur Orucov,

 Qərbi Azərbaycan İcmasının Aparat rəhbəri Qalib Qasımov, Qərbi Azərbaycan İcmasının Qazax-Ağstafa bölgəsi üzrə nümayəndəsi Əbülfəz Qafarov, Qərbi Azərbaycan İcmasının Qəmərli Rayon İcmasının gənclər şurasının sədri Rəna Qəfərova, Dağ Kəsəmən kənd 2 nömrəli tam orta məktəbin direktoru Vüsal Həsənov, əslən Qərbi Azərbaycandan olan, Qarahəsənli kənd tam orta məktəbin müəllimi Elşad Mirzəyev çıxış ediblər. Qərbi Azərbaycan İcmasının təşkilatlanma işlərinin həyata keçirilməsi, Qayıdış Konsepsiyasının müddəalarının izahı, Qərbi Azərbaycanın tarixi, coğrafiyası, icmanın fəaliyyəti barədə ətraflı məlumatlar verilib.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tövsiyələri əsasında qısa zamanda İcmanın Qayıdış Konsepsiyası hazırlanaraq qəbul olunub. Soydaşlarımızın öz doğma torpaqlarına geri qayıdışı uğrunda yorulmaz daxili və beynəlxalq fəaliyyət başlanıb. Şəhər, rayon və kənd icmalarının Qərbi Azərbaycan İcması ətrafında birləşməsi ilə onun yenidən təşkilatlanması prosesi daha da intensivləşib.

Vəli VƏLİYEV,

"Respublika".