Mask Tvitterə görə işdən çıxarılanlara dəstək olacaq
Dünya xəbərləri

Mask Tvitterə görə işdən çıxarılanlara dəstək olacaq

Milyarder Elon Mask adını dəyişdirərək X qoyduğu Tvitter sosial media platformasında paylaşımlarına və bəyənmələrinə görə işdən çıxarılan insanların məhkəmə xərclərini ödəyəcəyini öhdəsinə götürüb. 

"Respublika" "Hürriyət"ə istinadən xəbər verir ki, xərcləri qarşılamaq üçün heç bir məhdudiyyət olmadığını bildirən Mask, sadəcə vəziyyətin ona bildirilməsini istəyib. 

Qeyd edək ki, Musk Tvitteri 2022-ci ilin oktyabrında 44 milyard dollara satın alıb və daha sonra platformanın loqosundan abunə proqramlarına qədər bir çox dəyişikliklər edib.

Töhfə SƏMƏDOVA,

"Respublika".