Türkiyəli nazir: Adıyamanda ümumi 82 min 203 müstəqil bölmə inşa edirik
Dünya xəbərləri

Türkiyəli nazir: Adıyamanda ümumi 82 min 203 müstəqil bölmə inşa edirik

Türkiyə Respublikasının ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki Adıyamanda 41 min 171 təbii fəlakət, 23 min 640 kənd evlərinin, 17 min 392 anbar, tövlə və iş yeri daxil olmaqla cəmi 82 min 203 müstəqil bölmənin tikiləcəyini açıqlayıb.

"Respublika" xəbər verir ki, bu barədə  türkiyəli nazir öz rəsmi "X" hesabında paylaşım edib. 

Mehmet Özhaseki qeyd edib ki, Adıyamanda baş verən zəlzələlərdən sonra inşa etməyə başladıqları 41 min 292 təbii fəlakət və kənd evinin işasının böyük bir hissəsi sona çatıb. Evlərin təhvil prossesi noyabr ayında başlayacaq. 

Töhfə SƏMƏDOVA,

"Respublika".