ABŞ vəkillərindən Egeydə yeni bazaların yaradılması tələbi
Dünya xəbərləri

ABŞ vəkillərindən Egeydə yeni bazaların yaradılması tələbi

ABŞ Nümayəndələr Palatası Demokratlar Partiyasından millət vəkili Qreys Menqin təklifi ilə 2024-cü il müdafiə büdcəsi layihəsinə “Yunanıstanda, xüsusən də Egey adalarında yeni ABŞ bazalarının yaradılması üçün araşdırma hesabatının yazılması” maddəsini əlavə edib.

“Respublika” "Hürriyət"ə istinadən xəbər verir ki, ABŞ millət vəkili Demokrat Qreys Menqin təklifi ilə ABŞ-ın Yunanıstandakı bazaları ilə bağlı Milli Müdafiə Səlahiyyət Qanununda (NDAA) illik müdafiə xərclərini ehtiva edən maddəyə dəyişiklik edilib.

Bundan əlavə, iki ölkə arasında 14 oktyabr 2021-ci il tarixində imzalanmış müdafiə sahəsində əməkdaşlıq sazişinin yenilənmiş protokolunda ABŞ-a hərbi bazalarla bağlı verilən hüquqların dəqiqləşdirilməsi və bu sahəyə qoyulacaq investisiyalar barədə müvafiq komissiyalara məlumat verilməsi tələb olunub.

Töhfə SƏMƏDOVA,

“Respublika”.