Kerri Kennedi: Qlobal Bakı Forumu yeni üfüqlər açır
Siyasət

Kerri Kennedi: Qlobal Bakı Forumu yeni üfüqlər açır

Qlobal Bakı Forumu yeni üfüqlər açır. Bu Forumun gedişatında biz düşüncə tərzini dəyişməliyik ki, dünyanı xilas edək.

"Respublika" xəbər verir ki, bu sözləri Robert F.Kennedi İnsan Hüquqları Fondunun prezidenti Kerri Kennedi XI Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Parçalanmış dünyanın bərpası” mövzusunda panel iclasında çıxışı zamanı söyləyib.

O qeyd edib ki, Robert F.Kennedi İnsan Hüquqları Fondu bərabərsizliyə, haqsızlığa qarşı hər zaman səsini ucaldır.

“Biz hüquqların bərabər olmasına nail olmalıyıq, həmçinin yoxsulluğun, bütün bu təlatümlərin öhdəsindən birgə gəlməliyik. Biz güclərimizi birləşdirməliyik”, - deyə o əlavə edib.