Tibbi müayinə aksiyası
Region

Tibbi müayinə aksiyası

İsmayıllı

Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə İsmayıllı rayonunda şəhid ailələri və qazilər üçün “Qarabağ Azərbaycandır! Zəfər Azərbaycanındır!” şüarı altında tibbi müayinə aksiyası keçirilib.

Əvvəlcə YAP İdarə Heyətinin üzvü, akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun şöbə müdiri, professor Tofiq Cahangirovun rəhbərliyi ilə təşkil olunan aksiyanın iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri düzülüb, Ulu Öndərin əziz xatirəsinə dərin hörmət və ehtiram ifadə ediblər. Sonra Şəhidlər xiyabanı ziyarət olunub, şəhidlərin ruhuna dualar oxunub.

İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında keçirilən aksiya çərçivəsində 200-dən artıq şəhid ailəsi, qazi və onların ailə üzvlərinə lazımi tibbi xidmətlər göstərilib, rəngli-doppler exokardioqrafiya, USM, kardioloji, endokrinoloji, nevroloji müayinələr aparılıb.

M.QULUYEV,

“Respublika”.