GÖYGÖLDƏ SAHİBKARLARA DİQQƏT ARTIR
Region

GÖYGÖLDƏ SAHİBKARLARA DİQQƏT ARTIR

Rayonda fəaliyyət göstərən sahibkar Bəhruz Mustafaya məxsus heyvandarlıq təsərrüfatında mal-qaranın cins tərkibi yaxşılaşdırılır. Hazırda fermer Bəhruz Mustafaya məxsus heyvandarlıq təsərrüfatında 200 başdan çox Jersey cinsli ətlik-südlük və südlük istiqamətli iribuynuzlu heyvan saxlanılır və mütərəqqi texnologiyalardan istifadə edilərək yemləmə, bəsləmə və qulluq işlərini zootexniki tələblərə uyğun təşkil edilir. Son illərdə ölkəmizdə dövlət tərəfindən sahibkarlara göstərilən dəstək nəticəsində bu sahənin inkişafı diqqətə layiqdir. Heyvandarlıq məhsullarının laboratoriya analizlərinin aparılması, müvafiq sertifikatların verilməsi, həmçinin heyvandarlıq məhsullarının idxal və ixracı zamanı işin daha səmərəli təşkili edilir.

Zabit XƏLİLOV,

“Respublika”.