Avropanın etibarlı tərəfdaşı Azərbaycan
Siyasət

Avropanın etibarlı tərəfdaşı Azərbaycan

Azərbaycanın dünyadakı nüfuzu getdikcə artır. Bunun nəticəsidir ki, ölkəmiz artıq regionda Avropada etibarlı tərəfdaşa çevrilib. Keçən ilin oktyabrında Bolqarıstan Respublikasının paytaxtı Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimi keçirilmişdir. Sözügedən mərasimə Prezident İlham Əliyevin dəvət olunması respublikamızın bu sahədəki uğurlarının təcəssümüdür. Xüsusi vurğulamaq lazımdır ki, uzun müddətdir davam edən Rusiya-Ukrayna müharibəsi Avropa qitəsini dərin enerji böhranı ilə üz-üzə qoymuşdur. Mövcud gərgin geosiyasi vəziyyətə baxmayaraq, zəngin enerji resurslarına malik olan Azərbaycanın mövqeyi getdikcə artmaqdadır.

Dövlətimizin başçısının Sofiyada olduğu müddətdə Yunanıstan-Bolqarıstan İnterkonnektorunun açılışının edilməsi Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki əhəmiyyətli rolunu bir daha təsdiqləmişdir. Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru (IGB), həmçinin dövlətimiz üçün böyük əhəmiyyətə malikdir. Belə ki, sözügedən qaz kəməri "Şahdəniz-2" qaz-kondensat yatağında hasil olunan Azərbaycan qazının Bolqarıstan tərəfindən alınmasına şərait yaradır. Proses IGB-nin TAP-a birləşdirilməsi onun vasitəsilə "Şahdəniz" yatağındakı qazın Avropa bazarlarına çıxarılmasından ibarətdir. Təməli 22 may 2019-cu ildə Bolqarıstanda qoyulan qaz kəmərinin uzunluğu ümumilikdə 182 kilometrdir. Prosesin ilkin mərhələsində qaz kəmərinin ötürmə qabiliyyətinin ildə üç milyard kubmetr, sonrakı mərhələdə isə bazarın inkişafından asılı olaraq, kompressor stansiyasının əlavə edilməsi ilə ildə 5 milyard kubmetrə qədər artması mümkündür.

Bildiyimiz kimi, ötən il iyulun 18- Azərbaycan ilə Avropa İttifaqı arasında "Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu" imzalanmışdır. Sənəd Azərbaycanın 2027-ci ilədək Avropaya qaz ixracını ən azı iki dəfə artırmağı planlaşdırdığını ehtiva edir. Dövlətimizin başçısının belə vacib məqamı vurğulaması Azərbaycanın regionda aparıcı qaz ixracatçılarından biri olduğunun göstəricisidir: "Biz TANAP kəməri ilə nəql olunan qaz ixracının 16 milyard kubmetrdən 32 milyard kubmetrə, eləcə TAP kəməri ilə isə 10 milyard kubmetrdən 12 milyard kubmetrə qədər genişləndirilməsi ilə bağlı tərəfdaşlarımızla məsləhətləşmələrə artıq başlamışıq. Çünki bunu etmədən əlavə qazın ixracı çətin olacaq". Prezident bildirib ki, Azərbaycan bu gün Avropanın etibarlı qaz təchizatçısına çevrilib, tezliklə elektrik təchizatçısına da çevriləcək. Açılış mərasimində Azərbaycanın qaz, eləcə elektrik enerjisi təchizatının şaxələndirilməsinə verdiyi töhfələr bir daha təsdiqlənmişdir. Əlavə olaraq, Şimali Makedoniya Prezidenti Stevo Pendarovskin İlham Əliyevin Avropada ən çox arzuolunan şəxs olduğunu söyləməsi məhz Azərbaycana Prezidentimizə qarşı diqqət qayğının nümunəsidir. Demək yerinə düşər ki, həm Cənub Qaz Dəhlizi, həm Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) reallaşdırılmasında Prezident İlham Əliyevin xüsusi rolu var. Avropa rəsmilərinin bunu bildirməsi ölkəmizin regional eləcə Mərkəzi Şərqi Avropada təhlükəsizliyin təminatındakı rolunu töhfəsini bir daha təsdiqləmişdir.

Qeyd edək ki, dövlət başçımızın Bolqarıstana səfəri təkcə Bakı ilə Sofiya arasında deyil, bütövlükdə bütün Avropa ilə strateji tərəfdaşlıq münasibətlərinin genişləndirilməsinə şərait yaradır. Bu isə respublikamızın -nin iqtisadiyyatındakı rolunu daha da artırır. Bununla yanaşı, Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyini qoruyur, onu başqa ölkələrdən asılılıqdan xilas edir. Təsadüfi deyil ki, ölkəmiz bu gün Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü praqmatik siyasət nəticəsində beynəlxalq enerji təhlükəsizliyi sisteminin başlıca subyektlərindən birinə çevrilmişdir. Şübhəsiz, bu, öz növbəsində iqtisadiyyatımızın daha da güclənməsinə, qlobal iqtisadi gərginlik dövründə əhalinin gəlirlərinin çoxalmasına, yaşayış səviyyəsinin yüksəlməsinə öz müsbət təsirini göstərəcək.

Nəzrin ELDARQIZI,

"Respublika".