İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib
İqtisadiyyat

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Sentyabrın 27-də - Anım Günündə İqtisadiyyat Nazirliyinin kollektivi Bakıda inşası davam etdirilən Zəfər parkında olub.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Zəfər parkının girişində xatirə daşının önünə gül dəstələri qoyulub, Vətən müharibəsində qəhrəmancasına döyüşərək dövlətimizin ərazi bütövlüyü uğrunda mübarizədə canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla anılıb