“İnterfax”: Azərbaycan təbii qaz ixracını 18 faiz artırıb
İqtisadiyyat

“İnterfax”: Azərbaycan təbii qaz ixracını 18 faiz artırıb

“İnterfax” xəbər verir ki, Azərbaycan Dövlət Gömrük Komitəsindən yayılan məlumatlara əsasən, yanvar-aprel aylarında ölkədən 7 milyard 706 milyon 860 min kubmetr təbii qaz ixrac edilib. Cari ilin ilk 4 ayında Azərbaycanın ümumi ixracında təbii qazın payı 33,77 faiz olub. Keçən ilin eyni dövrü ilə müqayisədə təbii qazın həcmi 18,3 faiz çox, dəyəri isə 2 dəfə azdır.

Qeyd edilib ki, Azərbaycan Avropanın altı ölkəsi, o cümlədən İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan və Serbiya ilə qaz təchizatı müqaviləsi bağlayıb. Bir sıra digər Avropa ölkələri də Azərbaycan qazını almaqda maraqlı olduqlarını bildiriblər. Azərbaycan qazı, həmçinin Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) və Cənubi Qafqaz Boru Kəməri (CQBK) ilə Türkiyəyə, CQBK və Qazıməhəmməd-Qazax boru kəməri ilə isə Gürcüstana ixrac edilir.

Töhfə SƏMƏDOVA,

“Respublika”.