İlk dəfə kəşf edilən iki üzlü ulduz alimləri təəccübləndirdi
Elm

İlk dəfə kəşf edilən iki üzlü ulduz alimləri təəccübləndirdi

Alimlər iki üzlü ulduz kəşf ediblər və onun qəribə görünüşü qarşısında heyrətə gəliblər. İki üzlü mifoloji tanrı Yanusun adını daşıyan ağ cırtdan fazasındakı ulduzun demək olar ki, bütünlüklə bir tərəfdə hidrogen, digər tərəfdə heliumdan ibarət olduğu görülüb. 

"Respublika" NTV-yə istinadən xəbər verir ki, astronomlar ilk dəfə olaraq iki əks üzlü spontan inkişaf edən bir ulduz kəşf ediblər.

Mütəxəssislərin daha sonra apardıqları müşahidələr nəticəsində məlum olub ki, Yanus öz oxu ətrafında hər 15 dəqiqədən bir fırlanır.