II Xəzər Su İnnovasiya Forumu
İQTİSADİYYAT

II Xəzər Su İnnovasiya Forumu

Xəzər Su İnnovasiya Forumunda su resurslarından səmərəli istifadəyə dair sahibkarların məlumatlandırılması, bu sahədə onların biliklərinin artırılması, istehsal və emal müəssisələrində innovativ suvarmanın təşviqi məsələləri müzakirə edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı və aidiyyəti qurumların tərəfdaşlığı ilə keçirilən tədbirdə müvafiq dövlət orqanlarının, özəl qurumların, beynəlxalq təşkilatların nümayəndələri və mütəxəssislər iştirak ediblər.

Qeyd olunub ki, KOBİA-nın mövcud dəstək mexanizmlərinin tətbiqi zamanı “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulan “Təmiz ətraf mühit və “yaşıl artım ölkəsi” çərçivəsinin tələblərinə xüsusi önəm verilir. Agentlik sudan səmərəli istifadə sahəsində biznes subyektlərinin məlumatlandırılmasına, onların bilik və bacarıqlarının inkişafına, təsərrüfatlarda innovativ suvarma sistemlərinin tətbiqi və tullantı sularından təkrar istifadəsinin təşviqi  kimi məsələlərdə daim dəstək göstərməyə hazırdır.