Hind-Sakit Okean regionunda savaş qığılcımı
Digər xəbərlər

Hind-Sakit Okean regionunda savaş qığılcımı

Almaniyanın xarici işlər naziri Annalena Berbok ötən həftə Çinə ikigünlük səfər edib. Berlin rəsmisinin Fransa Prezidenti Emmanuel Makrondan az sonra Pekini ziyarət etməsi isə xüsusi diqqət çəkir. Məlum məsələdir ki, indiki məqamda onların məqsədi Si Cinpinin Ukraynada müharibənin dayandırılması üçün Rusiya Prezidentinə təsir gücündən istifadə etməkdir.

Çünki zaman bitəcəyi məlum olmayan bu savaş Kreml qədər Avropanın da iqtisadi maraqlarını təhdid edir. Bu səbəbdən hazırda savaşı sonlandırmaq üçün həm Rusiyaya, həm Ukraynaya təsir edə biləcək yeganə qüvvənin məhz Çin olduğunu düşünən Avropa nəhəngləri Cinpin hökuməti ilə danışıqlara gedirlər. Onlar bu üsulla həm "Bir kəmər bir yol", Orta Dəhliz, Şərq-Qərb, Cənub-Şimal layihələrindən yararlanmaq istəyirlər. Şərqi Avropadakı müharibənin Avropaya iqtisadi təsirləri  ilə yanaşı, qoca qitədə Birləşmiş Ştatların qeyd-şərtsiz lider kimi mövcudluğunu da artırır. Belə ki, Vaşinqtonun Avropada söz sahibi olması Avropa İttifaqının təsiretmə mexanizmini sıradan çıxarır, dolayısı ilə rəsmi Berlin Parisin İttifaqda liderliklə bağlı gələcək planları suya düşür.

Hazırda Avropanın Ukraynadakı müharibənin yekunlaşması üçün səylərinə şahid olsaq da, Birləşmiş Ştatların addımları tamamilə fərqli istiqamətdədir. Belə ki, Makronun Pekində olduğu dövrdə Tayvanın baş qərargah rəisi Tsai İn-Ven ABŞ-a səfər etmişdi. Bu ziyarətdən Berbokun indiki səfərinə qədərki zaman kəsiyində isə Yaponiya Xarici İşlər Nazirliyinin Kuril adaları ilə bağlı Rusiyaya ittihamının şahidi olduq. Yəni Fransa Almaniya müharibəni sonlandıraraq sonrakı mərhələdə Avropa İttifaqının 3- qütb kimi ortaya çıxmasını hədəfləyərkən oyuna yenidən Birləşmiş Ştatlar daxil olur. Bir müddətdir Tayvan məsələsini qızışdıran Ev indi Kuril adaları kartını açır. Rusiyadan isə cavab gecikməyib. Artıq Rusiya Sakit Okean donanmasını yüksək hazırlıq vəziyyətinə gətirib. Rusiya müdafiə naziri Sergey Şoyqu bu kontekstdə düşmənin Oxot dənizinin cənub hissəsi, Saxalin adası Kuril adalarında mümkün yerləşməsinin qarşısının alınmalı olduğunu vurğulayıb.

Beləliklə, ABŞ artıq Tayvana bərabər ikinci münaqişə ocağı yaradır ki, bu da təbii olaraq Rusiya Çini ortaq maraqlar uğrunda birləşməyə vadar edir. Bu yaxınlıq isə Ukrayna müharibəsinə öz təsirini göstərə Rusiyanın imkanlarını artıra bilər. Hadisələrin belə inkişafı isə Fransa Almaniyanın bir az əvvəl qeyd edilən planlarına zərbə vuracaq. Amma Vaşinqton Yaponiyanı Moskva ilə toqquşmaya sövq etmək istəsə , Sakit Okean hövzəsindəki müttəfiqinin buna gedəcəyi o qədər real deyil. Çünki bu regionda başlaya biləcək müharibə təkcə Rusiya Yaponiya ilə məhdudlaşmayacaq. Prosesə Rusiya tərəfindən Çin Şimali Koreya, Yaponiya tərəfdən isə Birləşmiş Ştatlar Cənubi Koreya qoşula bilər. Kim-Çen-Inın qarşısında öz rəqibini görməsi isə onu arzusunda olduğu nüvə silahlarından istifadəyə təhrik edə bilər. Bu isə fəlakət deməkdir. Odur ki, Kuril adalarının qaytarılmasında qəti mövqe ortaya qoyan Tokio Rusiyanın Ukrayna müharibəsində məğlubiyyətini gözləyəcək, müharibədən qaçacaq.

İstənilən halda, Rusiya-Ukrayna müharibəsi uzandıqca anti-Rusiya koalisiyası parçalanarkən, Pekin-Moskva strateji tərəfdaşlığı genişlənir. Gedişat onu göstərir ki, Cinpin hazırkı proseslərə Putin hökuməti ilə birgə cavab verməkdə israrlıdır.

Jalə QASIMZADƏ,

"Respublika".