Ana dilimiz milli kimliyimiz milli qürurumuz
Digər xəbərlər

Ana dilimiz milli kimliyimiz milli qürurumuz

1918-ci il iyunun 27- Azərbaycan dili dövlət dili elan edilib

Sərhəd, bayraq ya pul vahidi ilə yanaşı, bir ölkəni nüfuzlu bənzərsiz edən onun milli dilidir. Həqiqətən dil xalqın milli kimliyini ifadə edən göstəricilərdən biridir. Dil həssas məsələdir. Ulu Öndər Heydər Əliyevin dediyi kimi, hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir.

Bir toplumu başa düşmək üçün insan cəmiyyətin dili ilə danışmağı bacarmalıdır. Milli dildə səlis danışmaq, şübhəsiz ki, insana həmin cəmiyyətin xüsusi nüanslarını mədəni aspektlərini tam başa düşməyə imkan verir.

Dövlətin dili xalqın birliyinin hərəkətverici qüvvəsidir əlbəttə, onu başqa millətlərdən fərqləndirir. Milli dilə hörmət etmək o deməkdir ki, o, insanın əsas dili, eləcə hər səviyyədə üstünlük verilən ünsiyyət mənbəyi olmalıdır. İnsan mənimsədiyi qədər dil bilməli, lakin öz dilindən hər səviyyədə istifadə etməlidir.

Azərbaycan dili keşməkeşli inkişaf yolu keçib. Dilimiz qədim zəngin ədəbi dillərdəndir. Dil məsələsi hər zaman gündəmdə olub. Bu mənada AXC hökuməti böyük bir addım atıb. 1918-ci il iyunun 27- o zaman türk dili adlanan Azərbaycan dili dövlət dili elan edilib. Həmin tarixdən artıq 105 il ötür.

AXC-nin qısa vaxtda dil sahəsində həyata keçirdiyi tədbirlər xalqımızın tarixində əhəmiyyətli iz buraxıb. Həmin dövrdə, ilk növbədə, təhsil sahəsində dəyişikliklər edilməyə başlanılıb. Buna əsasən, 1918-ci il avqustun 28- ibtidai orta təhsil müəssisələrində təhsilin ana dilində aparılması haqqında qərar verilib. Düşünsək ki, insanın elm sahəsində təməli ibtidai sinifdən qoyulur, bu mənada atılan addımlar böyük əhəmiyyət kəsb edir. Daha sonra elə həmin il dekabrın 27- ordu dilinin Azərbaycan-türk dili olduğu barədə əmr verilib. Bu isə ən mühüm addımlardan biri olub. Çünki təkcə azyaşlı nəsil yox, həmçinin artıq boya-başa çatmış həyatın keşməkeşli yollarında addım atmış fərdlər üçün öz milli dilini bilmək əsas məsələ olub. Elə bundan bir il sonra sentyabrdan başlayaraq, Azərbaycan dilinin öyrənilməsi üçün kurslar təşkil edilib, hətta bu məqsədlə hökumət tərəfindən 351 min manat vəsait ayrılıb.

AXC-nin 23 aylıq fəaliyyəti dövründə dil məsələsi hər zaman əsas problemlərdən olub. Belə ki, orta məktəblərdə Azərbaycan dilinin tədrisinə başlanıldıqdan sonra sıra universitetlərə gəlib. Bu mənada 1919-cu il avqustun 21- keçirilən iclasda indiki Bakı Dövlət Universitetinin açılması məsələsi müzakirə olunub, deputatlar çıxışlarında bu ilk ali məktəbdə tədris işləri ilə yanaşı, onun hansı dildə aparılması məsələsinə xüsusi diqqət yetiriblər. Daha sonra yaranan vəziyyət, AXC-nin süquta uğraması, Sovet hakimiyyətinin mövcudluğu Azərbaycan dilinin dövlət dili səviyyəsində saxlanılmasına imkan verməyib. Həmin illərdə bir neçə dəfə təşəbbüs göstərilməsinə baxmayaraq, istənilən nəticə əldə olunmayıb. Lakin 1956- ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə 1937-ci il Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması barədə maddə əlavə edilib. Bu qərar da uğurlu olmayıb. Nəhayət, 1978-ci ildə Konstitusiyaya Azərbaycan dilinin dövlət dili olması barədə maddə daxil edilib.

Azərbaycan dilinin inkişafı, yayılması daha da güclənməsi üçün müxtəlif fərman sərəncamlar qəbul edən Ulu Öndər Heydər Əliyev hər zaman ana dilinə həssaslıqla yanaşıb, dilimizin dərin bilicisi olub. Ümummilli Lider deyirdi: "Dil hər bir millətin mənliyinin əsasıdır. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Bizim çox gözəl, zəngin dilimiz var".

1995-ci ildə ümumxalq referendumunda qəbul edilmiş ilk milli Konstitusiyada Azərbaycan dili dövlət dili kimi layiqli yerini alıb. Konstitusiyanın 21-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.

Dahi liderin "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" imzaladığı fərmanda dilimizin öz tarixi inkişafı boyunca əldə etdiyi uğurlar, yaşadığımız dövrdə dövlət dili sahəsində yaranmış problemlər, həmin problemlərin həlli yolları göstərilib. Növbəti mərhələdə Ulu Öndərin "Azərbaycan əlifbası Azərbaycan dili gününün təsis edilməsi haqqında" Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası Azərbaycan dili günü kimi qeyd edilir. Şübhəsiz ki, bu gün Azərbaycan dili müstəqil bir dövlətin dilidir. Ana dilimizin inkişafı zənginləşdirilməsi dahi liderin diqqət mərkəzində saxladığı mühüm məsələlərdən olub. Bu gün Azərbaycan dili öz zənginliyi ilə dünya dilləri siyahısındadır. Axıcılığı, gözəlliyi onu digər dillərdən fərqləndirir. Sadəlik mənasında da Ana dilimiz xüsusi yer tutur. Azərbaycan xalqı mövcud olduğu müddətdə onun dili daim var olacaq, yayılacaq çiçəklənəcək. Elə bunu Bəxtiyar Vahabzadə "Ana dili" şeirində çox gözəl ifadə edib:

Bu dil bizim ruhumuz, eşqimiz, canımızdır,

Bu dil bir-birimizlə əhdi-peymanımızdır.

Bu dil tanıtmış bizə bu dünyada hər şeyi,

Bu dil əcdadımızın bizə miras verdiyi

Qiymətli xəzinədironu gözlərimiz tək

Qoruyub, nəsillərə biz hədiyyə verək.

 

Töhfə SƏMƏDOVA,

"Respublika".

 


Zaqafqaziya Demokratik Federativ Respublikasının parçalanması ilə müstəqil Azərbaycan dövləti yarandı. Bu dövlət Şərqdə ilk demokratik respublika hesab olunur. Zaqafqaziya Seyminin müsəlman fraksiyası yaranmış siyasi vəziyyəti müzakirə etmək məqsədilə 1918-ci il mayın 27- fövqəladə iclas çağırdı. İclas zamanı Müvəqqəti Milli Şura yaratmaq barədə ümumi razılığa gəlindi.

Məhəmməd Əmin Rəsulzadə Şuranın sədri seçildi. May ayının 28- Milli Şuranın ilk iclası baş tutdu. Azərbaycanın müstəqil dövlət elan olunması haqqında tarixi qərar da məhz bu iclasda qəbul edildi. İclas çərçivəsində, həmçinin yeni demokratik dövlətin yaranması faktını hüquqi cəhətdən təsbit edən "Azərbaycan istiqlaliyyəti haqqında akt" qəbul edildi. 1918-ci ilin 4 iyun tarixində Azərbaycan Osmanlı İmperiyası arasında Sülh Dostluq müqaviləsi imzalandı. Ertəsi gün Türk ordusu Gəncəyə daxil oldu. İyun ayının 16-da isə Milli Şuranın üzvləri Azərbaycan Cümhuriyyəti hökuməti Tiflisdəki vəziyyətin mürəkkəbliyini görərək paytaxtı Gəncəyə köçürdü. Milli Şura 1918-ci il iyunun 17- özünü buraxması haqqında qətnamə qəbul etdi. Bu zaman altı ay müddətində Azərbaycanın ali qanunverici orqanının - ümumi, gizli birbaşa səsvermə əsasında seçilmiş Müəssislər Məclisinin çağırılması təşəbbüsləri mövcud idi.

Bu müddət başa çatdıqdan sonra Fətəli xan Xoyski Azərbaycan xalqına çağırışla müraciət etmişdir. F.Xoyskinin müraciətində milli hökumətin təsbit olunması üçün qardaş Türkiyənin əhəmiyyəti bir daha vurğulanmışdır. Eyni gündə respublikanın bütün ərazisində hökumət tərəfindən hərbi vəziyyət elan edilmişdir. "Batum" müqaviləsinə əsasən, Türkiyə ordusunun ümumi sayı 15 min nəfərə qədər olan 5-ci 15-ci diviziyaları Azərbaycan Cümhuriyyətinə köməyə gəlməli idi. Hökumətin 24 iyun 1918-ci il tarixli qərarına əsasən, qırmızı fonda aypara səkkizguşəli ulduzun təsvir edildiyi qırmızı parçadan hazırlanmış bayraq Azərbaycan Dövlət Bayrağı kimi qəbul olunmuşdur. Noyabrın 9-da isə bu bayraq aypara səkkizguşəli ulduzun təsvir olunduğu mavi, qırmızı yaşıl rəngli bayraqla əvəz edilmişdir. Bayrağın üç rəngi müvafiq olaraq türk milli mədəniyyətini, müasir Avropa demokratiyasını İslam sivilizasiyasını təmsil edirdi. 1918-ci il iyunun 27- isə Azərbaycan dili Cümhuriyyətin dövlət dili elan olundu. Bir sıra əsaslı qərarlar qəbul etməsinə baxmayaraq, AXC çox uzun müddət yaşaya bilmədi. Cəmi 23 ay yaşayan AXC 1920-ci il aprelin 28- süqut etdi.

Ana dilimizin inkişafı uğrunda ən uğurlu addımlar məhz ümummilli liderimiz Heydər Əliyev tərəfindən atılmışdır. Ulu öndərin ölkəmizə rəhbərlik etdiyi ilk dövrlərdən etibarən azərbaycançılıq ümummilli ideya səviyyəsinə yüksəlmişdir. Heydər Əliyevin yürütdüyü siyasətin məntiqi nəticəsi olaraq 1978-ci ildə Azərbaycan Konstitusiyasında dövlət dilinin Azərbaycan dili olması haqqında maddə yer almışdır. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi ümummilli lider Heydər Əliyevin xalqımız qarşısında ən böyük tarixi xidmətlərindən biri kimi qiymətləndirilir.

Azərbaycanın müstəqillik illərində dil siyasətinin formalaşdırılması, eləcə Azərbaycan dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsi dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək milli birliyin həmrəyliyin göstəricisi kimi beynəlxalq aləmdə rolunun nüfuzunun yüksəlməsi ümummilli lider Heydər Əliyevin bu sahəyə olan diqqət qayğısının göstəricisi idi. Xatırladaq ki, ümummilli liderimiz xalqımızın milli varlığının əsas rəmzi olan ana dilimizin saflaşdırılması zənginləşdirilməsi istiqamətində mühüm işlər görmüş, Azərbaycan dilinin inkişafı qorunması məqsədilə bir sıra əhəmiyyətli sənədlərə imza atmışdır. Böyük şəxsiyyət Heydər Əliyevin siyasi hakimiyyətə ikinci qayıdışından sonra da milli dəyərlərimizin ən qiymətlisi milli varlığımızın rəmzi olan Azərbaycan dilinin saflaşdırılması inkişafı istiqamətində təqdirəlayiq işlər görülmüşdür. Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli "Azərbaycan əlifbası Azərbaycan dili gününün təsis edilməsi haqqında" Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası Azərbaycan dili günü kimi qeyd edilir. Bundan başqa, konstitusiyamızın 21-ci maddəsində Azərbaycan dili dövlət dili kimi təsbit olunmuşdur. Ümummilli liderimiz tərəfindən qəbul edilən "Dövlət dilinin tətbiqi işinin təkmiləşdirilməsi haqqında" 2001-ci il 18 iyun tarixli fərman "Azərbaycan Respublikasında Dövlət dili haqqında" Azərbaycan Respublikasının Qanunu hazırda mühüm dövlət sənədlərindən hesab olunur. Heydər Əliyevin məhz "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" fərmanı ilə ölkəmizdə latın qrafikası tətbiq olunmağa başlamışdır.

Ümummilli liderimizin həyata keçirdiyi dövlət dil siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısı dilimizin qorunması inkişafına böyük həssaslıqla yanaşır. İlham Əliyevin bu istiqamətdə imzaladığı Fərman Sərəncamlar ana dilimizin saflığının qorunması inkişafında müstəsna rol oynayır. Ölkə başçımızın "Ana dilimizə hörmət qayğı daimi olmalıdır. Biz ana dilimizi xarici təsirdən qorumalıyıq. Ana dilimiz bizim toxunulmaz sərvətimizdir. Azərbaycan xalqının formalaşmasında, müstəqil Azərbaycanın formalaşmasında ana dilimiz - Azərbaycan dili müstəsna rol oynamışdır. Biz elə etməliyik ki, dilimizin saflığını daim qoruyaq" fikirləri dövlətimiz tərəfindən ana dilinə verilən dəyərin təzahürüdür. İlham Əliyevin "Azərbaycan dilinin saflığının qorunması dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" 1 noyabr 2018-ci il tarixli fərmanı da Azərbaycanda dövlət dili istiqamətində aparılan məqsədyönlü siyasətin məntiqi davamıdır. Bu sahədə atılan addımlar nəinki Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin milli varlığının qorunub saxlanılmasına, hətta onun möhkəmləndirilməsinə təkan verir. Əlavə olaraq, ölkə başçımızın 9 aprel 2013- il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı" da ana dilimizin hərtərəfli inkişafı tətbiqinə mühüm töhfələr vermişdir. Sözügedən proqramın əsas məqsədi qloballaşma şəraitində dillərin qarşılıqlı əlaqələrinin öyrənilməsinin intensivləşdirilməsidir ki, bu da Azərbaycan dilçiliyinin dünya elminə inteqrasiyasına ölkənin tanınmış dilçi alimlərinin beynəlxalq miqyasda nüfuz qazanmasına zəmin yaradır.

Sonda isə vurğulamaq lazımdır ki, yaşadığı ölkədən asılı olmayaraq, hər bir azərbaycanlı öz ana dilini, dinini, milli adət ənənələrini unutmamalı, onları təbliğ etməyi özünə borc bilməlidir. Çünki millətin varlığı onun dili ilə bağlıdır. Azərbaycan dili xalqımızın milli sərvətidir. Biz bu sərvətin qayğısına qalmalı, dilimizi gələcək nəsillərə ötürməliyik.

Nəzrin ELDARQIZI,

"Respublika".