Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair təlimlər
Digər xəbərlər

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair təlimlər

“Korrupsiyaya qarşı mübarizə” və “Etik davranış qaydaları” mövzularında iştirak edən ADRA əməkdaşlarına sertifikatlar təqdim edilib. 23 iyun Dövlət Reklam Agentliyindən bildirilir.

“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi (ADRA) üzrə icrasına dair 2023-cü il üçün iş planının icrası məqsədilə Agentliyin bir qrup əməkdaşına təlimlər keçirilib. “Korrupsiyaya qarşı mübarizə” və “Etik davranış qaydaları” mövzularındakı təlimləri Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının koordinatoru Əliməmməd Nuriyev və “MG Consulting” şirkətinin eksperti Rəna Səfərəliyeva aparıblar. Təlimlərin keçirilməsində məqsəd dövlət orqanlarına etimadın möhkəmləndirilməsi, iqtisadiyyatın inkişafı üçün əlverişli şəraitin yaradılması, şəffaflığın və səmərəliliyin təmin edilməsidir. Korrupsiyaya qarşı mübarizə və etik davranış qaydaları ilə bağlı keçirilən təlimdə Agentlik müfəttişlərinin sahibkarlarla ünsiyyət zamanı münasibətlərin düzgün tənzimlənməsinə əməl olunmasıdır.

“Respublika”.