“Gömrükçü” Azərbaycan çempionatının qalibi oldu
Digər xəbərlər

“Gömrükçü” Azərbaycan çempionatının qalibi oldu

AFFA-nın təşkilatçılığı ilə keçirilən AFFA U-17 Qızlar Liqasının 2022/23-cü illər mövsümündə Dövlət Gömrük Komitəsinin İdman-Sağlamlıq Mərkəzinin “Gömrükçü” komandası birinci yerə layiq görülüb. Bu barədə 22 may Dövlət Gömrük komitəsinin mətbuat xidmətindən məlumat verilib.

11 komandanın qatıldığı liqanın final qarşılaşmasında “Gömrükçü” və Xaçmazın “İnter” komandaları üz-üzə gəlib. Daha inamlı oyun nümayiş etdirərək rəqibini 5:0 hesabı ilə məğlub edən “Gömrükçü” 2022/23-cü illər AFFA U-17 Qızlar Liqasının qalibi olub. Balakənin “Dinamo” komandası isə mövsümü üçüncü pillədə tamamlayıb.

Həmçinin “Gömrükçü” komandasının üzvü Şəkər Piriyeva mövsümün ən yaxşı oyunçusu seçilib.

“Respublika”.