Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin 10 illik yubileyinə həsr olunmuş mətbuat konfransı keçirilib
Digər xəbərlər

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin 10 illik yubileyinə həsr olunmuş mətbuat konfransı keçirilib

Oktyabrın 26-da Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin 10 illik yubileyinə həsr olunmuş mətbuat konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, mətbuat konfransında çıxış edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətindən bəhs edib və bir çox böyük təşkilatların onu tərəfdaş seçdiyini bildirib. O diqqətə çatdırıb ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi hər il ən aktual qlobal problemlərin müzakirə olunduğu tədbirlər keçirir və iştirakçılar qlobal çağırışların öhdəsindən gəlmək üçün ortaq yollar tapırlar. Eyni zamanda, qeyd edilib ki, Azərbaycan regionda xüsusi gücə malikdir və Şərqlə Qərbin mərkəzində yerləşən Azərbaycanın geosiyasi mövqeyi qlobal problemləri həllinə imkan verir.

Sonra çıxış edən Gürcüstan Baş nazirinin keçmiş müavini Eka Tkeşelaşvili qeyd edib ki, Bakı şəhəri bir çox problemlərin həlli üçün müxtəlif ölkələrin diplomatlarını bir araya gətirən beynəlxalq mərkəzə çevrilib. O bildirib ki, Azərbaycanın paytaxtı strateji məsələlərin həll olunduğu mühüm məkandır.

Sonda jurnalistlərin sualları cavablandırılıb.

AZƏRTAC