Fundamental islahatlar müəllifi
Siyasət

Fundamental islahatlar müəllifi

Bu il Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100- ildönümüdür. Bütün ömrünü xalqımızın rifahına təhlükəsizliyinə həsr edən ulu öndər  həm ölkə həyatının bütün sahələrində, eləcə ədliyyə sistemində fundamental islahatların müəllifi kimi yadda qalmışdır.

1993- ildə Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyevin ilk işlərindən biri hüquqi müstəvidə islahatların aparılması bu sahədə, dolğun qanunvericilik bazasının formalaşdırılması olmuşdur. Heydər Əliyev haqlı olaraq hesab edirdi ki, insan hüquqlarının etibarlı təminatı üçün öncə mükəmməl, beynəlxalq standartlara cavab verən hüquqi bazanın yaradılmasına ehtiyac var. Yalnız bundan  sonra qanunvericilikdən irəli gələn növbəti addımları atmaq mümkündür. Beləliklə, Heydər Əliyevin təşəbbüsü ilə  "Konstitusiya Məhkəməsi haqqında", "Məhkəmələr hakimlər haqqında", "Prokurorluq haqqında", "Polis haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında" o cümlədən, hüquq sisteminin mahiyyətini müəyyən edən digər qanun bütün əsas məcəllələrin layihələri hazırlandı. Ancaq ulu öndər bu məcəllələrin qəbul olunmasına tələsmir, qanunların beynəlxalq standartlara uyğunluğunu müəyyən etməyə çalışırdı. Heydər Əliyevin məqsədi Azərbaycanın hüquq sistemini dünyanın sivil, demokratik ölkələri səviyyəsinə yüksəltmək, bu sahədə hər hansı gerilik boşluğa yol verməmək idi. Buna görə , ulu öndərin göstərişi ilə hazırlanan qanun layihələr qəbul edilməzdən öncə beynəlxalq qurumların müzakirəsinə verildi. Yalnız beynəlxalq ekspertlərin rəyindən sonra həmin qanun məcəllələrin təsdiqi həyata keçirildi. Bu fakt göstərdi ki, Heydər Əliyev ölkəmizin hüquq sisteminə dünya hüquq sisteminin tərkib hissəsi kimi baxır onun müasirləşməsini, dəyişən tələblərə uyğun olaraq yenilənməsini zəruri hesab edir.

Heydər Əliyevin milli hüquq tariximiz qarşısındakı ən böyük xidməti heç şübhəsiz  yeni, milli Konstitusiyanın hazırlanması oldu. 1995-ci ilin noyabr ayında referendum yolu ilə qəbul edilən Konstitusiyada beynəlxalq təcrübə geniş şəkildə nəzərə alınmış, insan hüquq azadlıqları ən xırda incəliklərinə qədər öz əksini tapmışdı. Bu, ilk milli konstitusiya olmaqla yanaşı, həm Azərbaycanın hüquq sistemində inqilabi yenilik idi. Maraqlı məqamlardan biri isə Heydər Əliyevin şəxsən bu Konstitusiya üzərində işləməsi, onun hər bir bəndini, hər bir müddəasını nəzərdən keçirməsi, təhlil etməsi idi. Bu gerçəyin özü ümummilli liderin insan hüquq azadlıqlarına, Konstitusiyaya  böyük önəm verdiyinin göstəricisidir. Bu da bir faktdır ki, Heydər Əliyev yeni Konstitusiyanın hazırlanması məqsədilə yaradılan Komissiyanın rəhbəri olmuş, bütün prosesi ilk gündən şəxsi nəzarətinə götürmüşdüUlu öndər 1995-ci il 10 noyabr tarixində Komissiyanın iclasındakı çıxışı zamanı yeni  Konstitusiya üzərində böyük əmək sərf etdiyindən bəhs edərək demişdir: "Komissiyanın sədri kimi mən bu böyük tarixi sənədin hazırlanmasında öz şəxsi məsuliyyətimi daim dərk etmişəm, bu gün dərk edirəm. Ona görə bu sənədin hazırlanmasına xeyli vaxt sərf etmişəm. Haqqım var deyəm ki, çox zəhmət çəkmişəm. Hər bir kəlmənin, hər bir sözün mənasını dəfələrlə araşdırmışam, onun bu gün üçün, gələcək üçün qədər əsaslı olmasını dəfələrlə təhlil etmişəm. Mən çox rahatlıq hissi ilə bu layihənin altından imza atıram bu layihəyə görə tam cavabdeh olduğumu bu gün bəyan edirəm. Hesab edirəm ki, biz Azərbaycanın bu günü, gələcəyi üçün çox böyük bir sənəd - siyasi, hüquqi sənəd yaratmışıq". Ulu öndərin bu tarixi çıxışı onun ərsəyə gətirdiyi Konstitusiyadakı əməyini əks etdirməklə yanaşı, bu ali hüquqi sənədin bu günü gələcəyinə olan sonsuz inamını da özündə ehtiva etməkdədir.

1995-ci ildə yeni Konstitusiyanın qəbulundan sonra da Heydər Əliyev hüquqi sahədə islahatları davam etdirməyi zəruri sayır, bu istiqamətdə ardıcıl işlər həyata keçirirdi. Bu məqsədlə, ulu öndər 1996- ildə Hüquqi İslahatlar Komissiyası yaratdı. Komissiyanın rəhbəri kimi hüquqi sahədə axtarışlarını davam etdirən Heydər Əliyev 1998-ci ildə sadəcə ölkəmizdə deyil, bütün dünyada alqışla qarşılanan yeniliyə imza atdı. Belə ki, icrasına 1993- ildə veto qoyulan ölüm cəzası 1998-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə birdəfəlik ləğv edildi. Azərbaycanda ölüm hökmünün ləğvi yenicə müstəqilliyini bərpa edən respublikamıza beynəlxalq aləmin münasibətini əhəmiyyətli dərəcədə yaxşılaşdırdı. Dünya yeni müstəqil Azərbaycanın humanist dəyərlərə malik ölkə olduğunun bir daha şahidi oldu. Ümummilli lider Heydər Əliyev məhz bu amili nəzərdə tutaraq demişdir: "Ölüm hökmünün ləğv olunması hansısa bir cinayətkara rəhm etmək məqsədi daşımır. Bu, ümumbəşəri, ümumxalq əhəmiyyətinə malik bir məsələdir. Ölüm hökmünün ləğv olunması onu göstərir ki, respublikamız, müstəqil Azərbaycan dövləti humanist siyasət aparan bir dövlətdir". Heydər Əliyevin ölüm hökmünü ləğv etməsi ölkə daxilində rəğbət məmnunluqla qarşılandı. Bu addım ümummilli liderin insan faktoruna, insan həyatına  böyük dəyər verdiyini, bu dəyəri müasir dövrün hüquqi islahatları ilə böyük bacarıqla uzlaşdırdığını göstərdi.

Heydər Əliyev qanunvericilik bazasını təkmilləşdirmək, günün tələblərinə uyğunlaşdırmaqla yanaşı, ədliyyə sistemində kadr islahatlarının da həyata keçirilməsini vacib hesab edirdi. Ulu öndər yaxşı başa düşürdü ki, cəmiyyətdə ədalətin bərqərar olması, insanların pozulan hüquqlarının bərpası, insan hüquq azadlıqlarının praktiki təntənəsi qanunvericiliklə yanaşı, həm kadrlardan asılıdır. Kadr faktoru ən vacib, həlledici amillərdən biri olduğu üçün Heydər Əliyev ədliyyə sistemindəki kadrların peşəkarlığına, onların bilik bacarığına, eyni zamanda əxlaqi-mənəvi kamilliyinə xüsusi önəm verirdi. O, hesab edirdi ki, ədliyyə sistemində çalışan hər bir kəs öz bilik bacarığı ilə yanaşı, sahib olduğu mənəvi dəyərlər etibarilə başqalarına nümunə olmalı, hər bir məsələyə vicdan ədalətlə yanaşmalıdır. Məhz bu səbəbdən , ədliyyə sistemində kadr islahatlarına start verən ulu öndər qısa zamanda bu sahədə böyük uğurlara imza atdıAzərbaycan hüquq tarixində ilk dəfə olaraq hakimlərin şəffaf şəkildə seçilməsi həyata keçirildi. 2000-ci ildə hakimlərin test üsulu ilə seçilməsi gerçəkləşdi nəticədə hakim korpusunun 60 faizi yeniləndi. Bu, Azərbaycan tarixində son dərəcə böyük hadisə idi. Hakimlərin test üsulu ilə seçilməsi təsadüfi insanların neqativ yollarla məhkəmə sisteminə daxil olmasını əngəllədi. Bu yenilik bilikli vicdanlı kadrların məhkəmə sistemində daha geniş tərkibdə təmsil olunmasına şərait yaratmaqla yanaşı, insan hüquqlarının ədalətli şəkildə qorunmasına da öz müsbət təsirini göstərdi. Nəticədə, insanların məhkəmə sisteminə, onun ədalətinə inamı əhəmiyyətli dərəcədə artdı. Bu, vətəndaşlara üzləşdikləri ədalətsizliklərlə bağlı məhkəmələrə daha inamla müraciət etməsinə, dövlət-vətəndaş bağlılığının artmasına ciddi təsir göstərdi. Ulu öndərin bu addımı məhkəmə sistemində digər müsbət yeniliklərin həyata keçirilməsinə ciddi zəmin formalaşdırdı.

  Heydər Əliyevin məhkəmə sistemində həyata keçirdiyi islahatlardan biri 1997-ci ildə "Məhkəmələr hakimlər haqqında" qanunun qəbuluna nail olunmasıdır. Sonrakı dönəmdə bu sahədə islahatların inkişaf etdirilməsini həyata keçirən ümummilli liderin təşəbbüsü ilə üçpilləli məhkəmə sisteminin fəaliyyətinə start verildi. Heydər Əliyevin ən mühüm xidmətlərindən biri onun vətəndaşların beynəlxalq məhkəmələrə yolunu açması, ədalət axtarışında olan hər kəsə bu məsələdə imkanlar yaratması idi. 2002-ci ilin 24 avqust tarixində referendum yolu ilə Konstitusiyaya əlavə dəyişikliklər edildi ki, bununla da vətəndaşların birbaşa Konstitusiya Məhkəməsinə müraciət hüququ təmin olundu. Bundan başqa, konstitusiya dəyişiklikləri vətəndaşlara imkan verdi ki, ehtiyac yarandığı təqdirdə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etsinlər. Vətəndaşların Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət imkanının yaradılması sadəcə Azərbaycan deyil, bütün postsovet məkanı üçün ciddi yenilik idi. Bu, hər bir vətəndaşa imkan verirdi ki, Azərbaycan məhkəmələrinin qərarını ədalətli hesab etmədikləri halda Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edərək öz haqlarını beynəlxalq məhkəmə vasitəsilə təmin etsin. Heydər Əliyevin vətəndaşların Avropa İnsan Hüquqları Məhkəməsinə müraciətinə şərait yaratması Azərbaycan məhkəmələrinin fəaliyyətinə təsirsiz ötüşmədi. Bu, məhkəmələri öz qərarlarında daha məsuliyyətli olmağa, hər bir işi ikiqat diqqətlə araşdırmağa vadar etdi. Çünki Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycanda hər hansı bir məhkəmənin qətnaməsini ədalətsiz hesab edəcəyi təqdirdə, həmin qətnaməni qəbul edən hakimin nüfuzuna da mənfi təsir göstərəcəkdi ki, bu da hər bir hakim üçün arzuedilməz haldır.

Görünən odur ki, Heydər Əliyev bir tərəfdən vətəndaşların hüquqlarının etibarlı təminatı imkanlarını genişləndirir, digər tərəfdən məhkəmələrin fəaliyyətinə ictimai nəzarəti gücləndirirdi. Bütün bunlarda məqsəd isə insan hüquqlarının pozulması hallarının qarşısını almaq, vətəndaş məmnunluğunu, cəmiyyətdə ədalət hissinin, məhkəmələrə inamın  qorunub saxlanılmasını təmin etmək idi. Bu baxımdan, Heydər Əliyev məhkəmə sistemində şəffaflıq islahatları genişləndirməklə yanaşı, məhkəmələrin səlahiyyətlərinin artırılmasını, onların müstəqilliyinin təmin edilməsini diqqətdə saxlayır, bu istiqamətdə mütəmadi addımlar atırdı. Bu addımlardan biri qətimkan tədbiri kimi həbsin seçilməsi səlahiyyətinin məhkəmələrə verilməsi oldu. Bu, məhkəmələrin səlahiyyət nüfuzunu daha da artırdı.

Heydər Əliyevin məhkəmələrin müstəqilliyi fonunda atdığı daha bir addım məhkəmələr üzərində prokuror nəzarətini ləğv etməsi oldu. Bu, məhkəmələrin müstəqilliyinin möhkəmlənməsinə şərait yaratdı. Ümummilli liderin məhkəmə-hüquq sistemində həyata keçirdiyi inqilabi islahatlar bu sistemin ənənəvi simasının tamamilə dəyişməsinə, onun yeni ruh formatda, ədaləti rəhbər tutaraq xalqa xidmət etməsinə səbəb oldu.

Onu da qeyd edək ki, ədliyyə işçilərinin peşə bayramının keçirilməsi məhz ulu öndərin adı ilə bağlıdır. Belə ki, ümummilli liderin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə noyabr ayının 22-si ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilmişdir. Heydər Əliyevin sözügedən Sərəncamı ulu öndərin ədliyyə sisteminə, bu sahədə çalışan mütəxəssislərin əməyinə böyük önəm verdiyini bir daha əks etdirir.

Dahi rəhbərin Azərbaycanın məhkəmə-hüquq sistemində həyata keçirdiyi islahatlar ölkəmizin hüdudlarından kənarda da böyük maraq kəsb etmiş, sivil, demokratik dövlətlərin rəğbətinə səbəb olmuşdur. Təsadüfi deyil ki, Heydər Əliyev dünyanın ən məşhur elm təhsil müəssisələri tərəfindən "fəxri doktor "fəxri professor" adı ilə təltif olunmuşdur. Bu, bəşəriyyətin Azərbaycan xalqının böyük oğluna verdiyi qiymətin, ona göstərdiyi ehtiramın nümunəsi idi. Heydər Əliyev ölkəmizin məhkəmə-hüquq sistemində həyata keçirdiyi mütərəqqi islahatlarla sadəcə postsovet ölkələri üçün deyil, bütün dünya üçün yeni bir məktəb formalaşdırmış oldu. Bu məktəb günümüzdə öz uğurları ilə dünyanı heyrətləndirməkdə, Heydər Əliyevin ruhunu sevindirməkdədir. qədər ki, Azərbaycan var ulu öndərin xatirəsi hər kəs kimi məhkəmə-hüquq sistemində çalışan on minlərlə insan tərəfindən daim sevgi hörmət hissi ilə yad ediləcək, ürəklərdə həmişəlik yaşayacaqdır.

Ölkəmizdəki məhkəmə islahatları Prezident İlham Əliyevin hakimiyyəti dönəmində daha da genişlənmiş inkişaf etmişdir. Məhkəmə sisteminin mərhələli şəkildə müasir standartlara uyğunlaşdırılması ilə bağlı Prezidentin 2019-cu il 3 aprel tarixli Fərmanı bu baxımdan mühüm rol oynamışdır. Məhkəmə sistemində bəzi hallarda müşahidə edilən süründürməçiliyin aradan qaldırılması, cəza siyasətinin humanistləşdirilməsi, məhkəmə icraatının çevik şəkildə yerinə yetirilməsi bu islahatların əsas hədəflərindən biri olmuşdur. "Elektron məhkəmə" informasiya sisteminin bütün ölkəni əhatə etməsi Prezident İlham Əliyevin bu sahəyə olan müstəsna diqqət qayğısı sayəsində baş vermişdir.

Bir sözlə, istər ümummilli lider Heydər Əliyev, istərsə Prezident İlham Əliyev tərəfindən həyata keçirilən məhkəmə islahatları onu söyləməyə əsas verir ki, Azərbaycan həqiqətən hüquqi dövlətdir bu dövlət hər bir vətəndaşın hüquq azadlığının etibarlı təminatçısıdır.

Aida Əli qızı HÜSEYN,

Bakı Apellyasiya Məhkəməsinin hakimi.