“Fövqəladə hallarda istifadə olunması nəzərdə tutulan dövlət ehtiyatlarının nomenklaturası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Hüquqi aktlar

“Fövqəladə hallarda istifadə olunması nəzərdə tutulan dövlət ehtiyatlarının nomenklaturası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Fövqəladə hallarda istifadə olunması nəzərdə tutulan dövlət ehtiyatlarının nomenklaturası” təsdiq edilsin (əlavə olunur, məxfi).

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Qərarın 1-ci hissəsi ilə nomenklaturası təsdiq edilmiş fövqəladə hallarda istifadə olunması nəzərdə tutulan dövlət ehtiyatlarının yaradılmasının cari ildə maliyyələşdirilməsinə dair təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

3. Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi bu Qərardan irəli gələn digər məsələləri həll etsin.

Əli ƏSƏDOV,

Azərbaycan Respublikasının Baş naziri.

 Bakı şəhəri, 27 aprel 2023-cü il

№ 137