FHN
Digər xəbərlər

FHN "Heydər Əliyev İli"nə həsr olunmuş əməliyyat-taktiki təlim keçirib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində Fövqəladə Hallar Nazirliyi tərəfindən nazirliyin yanğın-xilasetmə qurumlarının iştirakı ilə "Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan qaldırmaqdan daha asandır" şüarı altında əməliyyat-taktiki təlim keçirilib.

Təlimi Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibi Mariatu Yap, Bosniya Herseqovinanın təhlükəsizlik naziri Nenad Neşiç, Qətər Dövlətinin ölkəmizdəki səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab, həmçinin FHN Akademiyasında kurs keçən bir qrup qətərli zabit izləyiblər.

Təlimin keçirilməsində əsas məqsəd xalqımızın Ulu Öndəri Heydər Əliyevin hər zaman xüsusi diqqətdə saxladığı vətəndaşların həyat fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi məsələləri ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin qüvvələrinin daim yüksək hazırlıq vəziyyətində saxlanılması, fövqəladə hallarla mübarizə üzrə qurumlararası qarşılıqlı fəaliyyət idarəetmə imkanlarının daha da genişləndirilməsindən ibarət olub.

Təlimdən əvvəl Fövqəladə Hallar Nazirliyinin Təlim-Tədris Mərkəzinə, FHN-nin yanğın-xilasetmə qurumlarının əməliyyat-taktiki təlimə cəlb olunmuş texnika avadanlıqlarına, mobil səhra hospitalı çadır şəhərciyinə baxış keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin əhalinin həyat fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar tarixi xidmətlərinə dair videoçarx nümayiş olunub.

Sonra təlimin rəhbəri - FHN Mülki müdafiə işinin təşkili Baş idarəsinin rəisi, general-mayor Niyazi Zamanov nazir, general-polkovnik Kəmaləddin Heydərova Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan "Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan qaldırmaqdan daha asandır" şüarı altında təşkil olunmuş əməliyyat-taktiki təlim barədə məruzə edərək bildirib ki, təlim Abşeron rayonunun ərazisində yaradılmış şərti şərait üzrə Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları tərəfindən qarşılıqlı fəaliyyətdə qəza-xilasetmə digər təxirəsalınmaz işlərin həyata keçirilməsini əhatə edir.

İlkin şərti məlumata əsasən, saat 10:06-da Abşeron yarımadasından 35 km cənub-şərqdə, episentri Xəzər dənizində olmaqla, 7,4 bal gücündə şərti zəlzələ baş verib şərti zəlzələ, əsasən Abşeron yarımadası olmaqla 7,0 bala qədər hiss edilib. Saat 10:08-dən başlayaraq Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə daxil olan məlumatlara əsasən, şərti zəlzələ nəticəsində yollar, körpülər, yaşayış binaları, digər tikili infrastruktur obyektlərində "dağıntılar", strateji obyektlərdə "qəzalar" baş verib. Təbii fəlakət nəticəsində dağıntılar altında qalanların, çoxlu sayda ölən yaralananların olması ehtimal edilir.

Yaranmış şərti vəziyyətlə əlaqədar fövqəladə hallar naziri baş vermiş "fövqəladə hadisənin" nəticələrinin çevik aradan qaldırılması məqsədilə FHN-in yanğın-xilasetmə qüvvələrinin "fövqəladə" hazırlıq rejiminə keçirilməsi, aidiyyəti üzrə Əməliyyat Qərargahının yaradılması təcili əməliyyatlara başlanılması barədə göstəriş verib.

Əməliyyat Qərargahından "Policom" onlayn videokonfrans sistemi vasitəsilə nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi ilə əlaqə yaradılıb, Mərkəzin rəisi general-mayor Adil Abdullayev yaranmış şərti böhran vəziyyəti ilə əlaqədar həyata keçirilən tədbirlərlə bağlı məruzə edib.

Təlimə ümumilikdə 445 nəfərdən ibarət şəxsi heyət, 72 ədəd müxtəlif təyinatlı texnika, 4 helikopter, 3 təlim görmüş it cəlb edilib. O cümlədən fövqəladə halların nəticələrinin aradan qaldırılmasında qarşılıqlı fəaliyyətin təmin olunması məqsədilə Qızıl Aypara Cəmiyyəti TƏBİB-in bir qrup əməkdaşı texnikası təlimə cəlb olunub.

Daha sonra əməliyyat-taktiki təlimin praktiki hissəsi başlanıb. Təlim zamanı şərti təbii fəlakət nəticəsində ziyan görmüş insanların xilas edilərək onlara ilk tibbi yardımın göstərilməsi, baş vermiş qəzaların fəsadlarının aradan qaldırılması, yanğınların söndürülməsi əməliyyatları digər təxirəsalınmaz tədbirlər praktiki olaraq nümayiş etdirilib.

Uğurla reallaşdırılan təlimdə verilmiş tapşırıqlar müvəffəqiyyətlə icra olunub.

Sonda Ulu Öndər Heydər Əliyevin portreti Azərbaycanın Dövlət Bayrağı ilə ərazi üzərindən uçan FHN-in Aviasiya dəstəsinin təlimdə iştirak edən helikopterlərinin paradı keçirilib.  

Ülvi QARAYEV,

Respublika”.