Bayraktar TB3 SİHA 327 saat havada qalıb
Türk dünyası

Bayraktar TB3 SİHA 327 saat havada qalıb

Baykar tərəfindən milli və bənzərsiz olaraq inkişaf etdirilən silahlı pilotsuz uçuş aparatı Bayraktar TB3-ün sınaq prosesi uğurla davam edir. Belə ki, milli və bənzərsiz olaraq hazırlanmış Bayraktar TB3 SİHA, yüksək hündürlük sistemi performans testini müvəffəqiyyətlə tamamlayıb. Bayraktar TB3 yerli mühərriki ilə 33.000 fut yüksəkliyə qalxaraq rekord qırıb.

Qanadları qatlana bilən konstruksiya ilə dizayn edilən Bayraktar TB3 SİHA, əvvəllər dünyanın ilk SİHA gəmisi adlandırılan TCG Anadolunun uçuş göyərtəsində və Türkiyə Cümhuriyyətinin 100-cü ildönümü münasibətilə 3 böyük şəhərdə keçirilən TEKNOFEST-də nümayiş etdirilib.

Bu günlərdə Bayraktar TB3 SİHA, Tekirdağın Çorlu rayonundakı AKINCI Uçuş Tədris və Sınaq Mərkəzində həyata keçirdiyi uçuşda növbəti testini də uğurla başa vurub. TEI tərəfindən yerli istehsal olan PD-170 mühərriki ilə havaya qalxan milli PUA, yüksək hündürlükdə uçuş sınağı zamanı yerli mühərriklə indiyə qədər əldə edilmiş ən yüksək hündürlüyə çatıb.  Bayraktar TB3 SİHA, yerli mühərriklə qırdığı hündürlük rekordu ilə türk aviasiya tarixində əhəmiyyətli bir iz buraxıb. Milli aviasiya tarixindəki yüksəklik rekordu, 45 min 118 fut ilə milli və bənzərsiz olaraq Baykar tərəfindən inkişaf etdirilən Bayraktar AKINCI TİHA-ya aiddir.

Bayraktar TB3 SİHA indiyə qədər həyata keçirilən sınaq uçuşlarında cəmi 327 saat 35 dəqiqə havada qalıb.  20 dekabr 2023-cü ildə həyata keçirilən uzun uçuş testində Milli PUA 32 saat havada qalıb və yerə enməzdən əvvəl səmada 5.700 km yol qət edib.

Bayraktar TB3 PUA ilk dəfə 26 Mart 2024-cü ildə Aselsan tərəfindən hazırlanmış ASELFLİR-500 ilə uçub. Sınaq çərçivəsində dünyadakı ekvivalentləri ilə müqayisədə ən yüksək göstəricilərə malik olan ASELFLİR-500 Elektro-Optik Kəşfiyyat, Müşahidə və Hədəf Sisteminin inteqrasiyası uğurla həyata keçirilib.

Bayraktar TB3 PUA, qatlana bilən qanad quruluşu ilə TCG Anadolu kimi qısa uçuş-enmə zolağı gəmilərindən qalxıb enmə qabiliyyətinə malik dünyada ilk silahlı pilotsuz uçuş aparatı olacaq. Xatırladaq ki, keçən il, Baykar İdarə Heyətinin sədri və Texnologiya lideri Selçuk Bayraktar, TCG Anadolu gəmisində Bayraktar TB3 üçün sınaqlara 2024-cü ildə başlamağı planlaşdırdıqlarını açıqlamışdı. Beləliklə artıq Bayraktar TB3-ün sınaq prosesinə başlanılıb və hazırda uğurla davam edir.

Bayraktar TB3-ün sahib olacağı qabiliyyətlər bu sinifdəki pilotsuz uçuş aparatları üçün əhəmiyyətli bir yenilik olacaq. Milli SİHA həm də uzaq məsafədən idarə oluna bildiyi üçün görmə qabiliyyətindən kənarda ünsiyyət qabiliyyətinə sahib olacaq. Belə ki, daşıdığı ağıllı döyüş sursatları ilə xaricdəki hədəflərə qarşı kəşfiyyat-müşahidə və hücum missiyaları yerinə yetirərək Türkiyənin çəkindirici gücünə çarpan təsir göstərəcək.

Əvvəldən bütün layihələrini öz qaynaqları ilə həyata keçirən Baykar 2003-cü ildə İHA Ar-Ge prosesinin başladığı gündən bu yana bütün gəlirlərinin 83%-ni ixracdan əldə edib. Türkiyə İxracatçılar Məclisinin (TİM) 2021 və 2022-ci illərdəki məlumatlarına görə, müdafiə və aerokosmik sənayenin ixracat lideri olub. Müdafiə Sənayesi Başçılığı tərəfindən 2023-cü ildə sektorun ixrac çempionu elan edilən Baykar keçən il 1.8 milyard dollarlıq ixracat əldə edib. Son illərdə Baykar 2023-cü ildə müdafiə və aerokosmik sektorda ixracatın 3/1 hissəsini təkbaşına həyata keçirib. Dünyanın ən böyük İHA ixracatçısı olan Baykarın hazırda imzaladığı müqavilələrin 97.5%-i ixraca əsaslanır. İndiyədək Bayraktar TB3 SİHA üçün 9 ölkə, Bayraktar AKINCI TİHA üçün isə 34 ölkə ilə ixrac müqaviləsi imzalanıb.

Onu da qeyd edək ki, 2023-cü ilin oktyabr ayının 27-də ilk uçuşunu etdikdən sonra ardıcıl performans testlərindən keçən Bayraktar TB3 SİHA, orta hündürlükdə sistem və dözümlülük performansının ölçüldüyü bütün uçuş testlərini uğurla başa vurur. Orta hündürlükdə sistem performansının ölçüldüyü son 34-cü və 35-ci uçuş testində 327 saat havada qalan Bayraktar TB3 bununla da öz rekordunu qırıb.

Esmira YAZKAN ASLANOVA,

"Respublika" qəzetinin

Türkiyə üzrə müxbiri.