Ərdoğan İsveçin NATO-ya üzvlüyü məsələsinə aydınlıq gətirdi
Türk dünyası

Ərdoğan İsveçin NATO-ya üzvlüyü məsələsinə aydınlıq gətirdi

Türkiyənin F-16-larla bağlı tələbini İsveçin NATO-ya üzvlüyü ilə əlaqələndirmək düzgün deyil. 

"Respublika" verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Co Baydenlə telefon danışığı zamanı deyib.

Türkiyə lideri vurğulayıb ki, PKK, PYD, eləcə də YPG tərəfdarlarının sərbəst şəkildə terroru dəstəkləməsi İsveçin NATO-ya üzvlüyünə mane olur. 
Jalə QASIMZADƏ, 

"Respublika".