Bakıda MDB-nin Sərhəd Qoşunlarının Komandanları Şurasının 86-cı iclası keçirilib
Siyasət

Bakıda MDB-nin Sərhəd Qoşunlarının Komandanları Şurasının 86-cı iclası keçirilib

İyunun 8- Bakı şəhərində Müstəqil Dövlətlər Birliyinin (MDB) Sərhəd Qoşunlarının Komandanları Şurasının (SQKŞ) 86- iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə ölkəmizlə yanaşı, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Türkmənistan Ermənistanın sərhəd xidmətləri, SQKŞ-nin Əlaqələndirici Xidməti, MDB-nin İcraiyyə Komitəsi, MDB-nin Antiterror Mərkəzi, MDB- üzv ölkələrin ərazisində mütəşəkkil cinayətkarlığa cinayətin digər təhlükəli növlərinə qarşı mübarizənin əlaqələndirilməsi Bürosu, Sərhəd xidməti veteranlarının Beynəlxalq İctimai Birliklər İttifaqının Əlaqələndirici Şurasının nümayəndə heyətləri fəxri qonaqlar iştirak ediblər.

Qeyd edək ki, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti 1992-ci ildən fəaliyyət göstərən Müstəqil Dövlətlər Birliyinin üzv ölkələri arasında sərhəd təhlükəsizliyinin təmin olunması sahəsində əməkdaşlıq məsələlərinin əlaqələndirilməsini həyata keçirən SQKŞ-nin iclaslarında müşahidəçi qismində iştirak edib.

Sərhəd Qoşunları Komandanlar Şurasının 2001-ci ildə 40-, 2008-ci ildə 60-, 2013- ildə 70-ci 2017-ci ildə 78-ci iclasları Bakı şəhərində keçirilib.

İclasdan öncə Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarı önünə əklil qoyulub, Ulu Öndərin ruhuna hörmət ehtiram bildirilib.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev, Dövlət Sərhəd Xidmətin rəisi general-polkovnik Elçin Quliyev, Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidməti direktorunun birinci müavini - Sərhəd Xidmətinin rəhbəri Vladimir Kulişov digərləri çıxış edərək öz fikirlərini bölüşüblər.

Tədbirdə MDB iştirakçısı olan dövlətlərin xarici sərhədlərində vəziyyət onun inkişaf tendensiyaları, MDB üzv dövlətlərinin xarici sərhədlərindən qanunsuz fəaliyyətlərin qarşısının alınması məqsədilə 2023- ildə keçirilən 2024- il üçün planlaşdırılan birgə əməliyyatlar, SQKŞ-nin 87-ci iclasının təşkili gündəliyinin layihəsi nəzərdən keçirilib, eləcə tədbirin gündəliyinə uyğun olaraq digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, aidiyyəti nümayəndə heyətləri arasında ikitərəfli formatda görüşlər keçirilib, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Sərhəd idarələrinin beynəlxalq hüquq strukturlarının rəhbərlərinin işgüzar görüşü keçirilib. Görüşdə MDB iştirakçısı olan dövlətlərin 2026-2030-cu illər üçün xarici sərhədlərdə sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsində əməkdaşlıq Proqramının hazırlanması ilə bağlı ən aktual məsələlər müzakirə olunub.

Tədbir çərçivəsində iştirakçılar Dövlət Sərhəd Xidmətinin struktur bölmələrinin fəaliyyəti ilə tanış ediliblər.

SQKŞ-nin növbəti iclasının Ermənistanda keçirilməsi planlaşdırılır.