Azərbaycanın və Rusiyanın XİN başçıları bölgədəki cari vəziyyəti müzakirə ediblər
Məlumat

Azərbaycanın və Rusiyanın XİN başçıları bölgədəki cari vəziyyəti müzakirə ediblər

Oktyabrın 28-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

“Respublika” xəbər verir ki, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, söhbət zamanı nazirlər Azərbaycanla Rusiya arasında əməkdaşlıq məsələləri, Azərbaycan-Ermənistan sülh prosesinin perspektivlərini, eləcə də bölgədəki cari vəziyyəti müzakirə ediblər.

Eyni zamanda, Azərbaycan ilə Ermənistan arasında suverenlik, ərazi bütövlüyü çərçivəsində münasibətlərin normallaşdırılmasının və bölgədə davamlı sülhün bərqərar edilməsinin vacibliyi vurğulanıb.

Telefon danışığı zamanı, həmçinin digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.