Azərbaycana qarşı növbəti qərəzli mövqe
Siyasət

Azərbaycana qarşı növbəti qərəzli mövqe

ABŞ Dövlət Departamentinin mayın 15- yaydığı "2022-ci ildə Beynəlxalq Din Azadlığı" sənədində qeyd olunub ki, dini etiqad ya inanc təcrübələrinə görə həbslər, məhkəmə qərarları, basqılar Azərbaycanda dini azadlıqların kobud şəkildə pozulduğunu deməyə əsas verir. Həmçinin yazıda vurğulanıb ki, ötən il Azərbaycanda heç bir qeyri-müsəlman icması qeydiyyatdan keçirilməyib. Üstəlik, guya 2021-ci ilin sonunadək ölkəmizdə dini inancına görə 22 nəfər həbs olunub.

Təbii ki, reallıqla daban-dabana zidd olan bu bəyanat ölkəmizdə birmənalı qarşılanmayıb. Azərbaycanda fəaliyyət göstərən bir qrup qeyri-hökumət təşkilatı ABŞ Dövlət Departamentinin dini azadlıqların vəziyyətinə dair illik hesabatına etiraz edib, əks bəyanat yayıb.

Sənəddə bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci il iyunun 16-da imzaladığı "Dini etiqad azadlığı haqqında" qanun bir daha göstərir ki, ölkəmiz bu istiqamətə xüsusi önəm verir. Azərbaycanda multikulturalizmin multikonfessional icmaların mövcud olması, eyni zamanda Azərbaycan Respublikasında rus gürcü pravoslav kilsələri, erməni apostol kilsəsi, Yeddinci günün adventistləri, Molokan kilsəsi, Roma katolik kilsəsi, Yevangelistlər, Baptistlər Yehovanın şahidləri, yəhudilərin bəhailərin sinaqoqları, məbədləri digər dini evlərin fəaliyyət göstərməsi bunu sübut edir. QHT-lərin yaydığı sənəddə Azərbaycanda tolerant multikultural cəmiyyətin qurulduğu da vurğulanıb:

"Biz yəhudilər, xristianlar digər dini azlıqlarla münasibətlərimizdən qürur duyuruq, çünki onlar bizim dini azadlıqlara sadiqliyimizə sübutdur. Bununla belə, biz vətəndaşlarımızı dindən öz çirkin niyyətləri üçün pərdə kimi sui-istifadə edənlərdən qorumaq əzmimizdə qalırıq. Həyat yolunu seçmək, azadlığımızı əlimizdən almaq istəyənlərlə mübarizə haqqımızı müdafiə edəcəyik".

Qərbi Azərbaycan İcması da Birləşmiş Ştatların Dövlət Departamentinin anti-Azərbaycan xarakterli bəyanatına cavab verib. İcmanın yaydığı sənəddə qeyd olunub ki, Azərbaycanda erməni dini abidələri ilə bağlı əsassız iddialara geniş yer verən Dövlət Departamenti nədənsə Ermənistandan azərbaycanlıların etnik dini nifrət zəminində tamamilə qovulması, bu ölkədə vaxtilə dövlət tərəfindən qeydiyyatdan keçmiş 300-ə yaxın məscidin azərbaycanlılara məxsus bütün digər dini mədəni irsin dağıdılması faktlarını görməzdən gəlir.

Əlbəttə, istər QHT-lərin, istər Qərbi Azərbaycan İcmasının yaydığı cavab sənədi ABŞ Dövlət Departamentinin qərəzli bəyanatını açıq şəkildə ifşa edir. Bununla belə, bu sənədin mahiyyətsizliyini dərk etmək üçün necə kimlər tərəfindən hazırlandığını da bilmək lazım gəlir. İlk növbədə, Dövlət Departamentinin sözügedən hesabatında sadəcə ABŞ-ın Kornel Universitetinə istinad edilib. Burada isə "Ümumerməni Xeyriyyə İttifaqı", "Aragats Fondu" kimi ekstremist təşkilatlar tərəfindən maliyyələşdirilən üç radikal millətçi erməni müəllifin L.Xaçaturyan, H.Qulyan, S.Bokçeriyanın yazdıqları əsas götürülüb. Üstəlik, sözügedən hesabatda bəzi məqamların araşdırılmadığı, müstəqil olmayan ənənəvi olaraq Azərbaycan əleyhinə məlumatlar yayan mənbələrdən istifadə edildiyi, bəzən isə hadisələrə məqsədli şəkildə yanlış izahatlar verilməsi diqqəti cəlb edir. Bu isə sənədlərin obyektivliyinə ciddi xələl gətirir.

Ötən il qeydiyyatdan keçmək üçün Dini İşlər üzrə Dövlət Komitəsinə müraciət etmiş bütün xristian dini icmalar dövlət qeydiyyatına alınıb. Həmçinin Dövlət Komitəsi tərəfindən ölkədəki dini konfessiyaların nümayəndələrinə qeydiyyatdan keçmək üçün tövsiyələr verilib. Bölgələrdə 50 nəfərdən az üzvü olan xristian icmalara isə öz əqidədaşlarının qeydiyyatdan keçmiş icmaları ətrafında birləşmələri sərbəst fəaliyyət göstərmələri bildirilib.

Yehovanın şahidlərindən (dini əqidəsini əsas gətirərək hərbi xidmətdən imtina edən şəxslərin birləşdiyi icma) olan şəxslərin hərbi xidmətə cəlb edilməsi məsələsinə gəlincə, Azərbaycan Respublikasının Konstitusiyasının 76- maddəsinə görə vətəndaşların əqidəsi həqiqi hərbi xidmət keçməyə ziddirsə, qanunla müəyyən edilmiş hallarda bu xidmətin alternativ xidmətlə əvəz olunması təsbit edilib. Lakin Azərbaycanın Ermənistanla müharibə şəraitində olması Azərbaycan Silahlı Qüvvələrinin sıravi heyətinin müddətli hərbi qulluqçulardan təşkil edilməsi səbəbindən alternativ xidmətlə bağlı müvafiq qanunun qəbul edilməsi mümkün olmayıb. Cinayət Məcəlləsinin 321-ci maddəsinə əsasən qanuni əsas olmadan hərbi xidmətdən yayınmağa, yəni növbəti hərbi çağırışdan ya səfərbərlik üzrə çağırışdan boyun qaçırmağa görə cəza müəyyənləşdirilib.

Azərbaycan dövləti həmişə xalqımıza məxsus tarix-mədəniyyət dini abidələrin erməni silahlı birləşmələri tərəfindən vandalizm aktlarına məruz qalması ilə bağlı dünya ictimaiyyətinə çağırışlar edib. Hətta məscidlərimizin heyvan saxlama yerlərinə çevrilməsi, yararsız vəziyyətə salınması, təmir adı altında özgəninkiləşdirilməsi, qədim Azərbaycan dövləti olmuş Qafqaz Albaniyası irsinə aid abidələrin erməniləşdirilməsi, müsəlman qəbiristanlıqlarında insan qalıqlarına qarşı təhqiramiz hərəkətlərə yol verilməsi bu kimi hallar barədə sübutlar təqdim edilib.

2020-ci ildə 44 günlük müharibədən sonra işğalın bitməsi ilə buradakı abidələrin, o cümlədən dini məbədlərin vəziyyəti, onların xarabalığa çevrilməsi gerçəkliyi öz təsdiqini tapıb. Təkcə onu demək kifayətdir ki, 67 məsciddən 65-i Ermənistan silahlı birləşmələri tərəfindən tamamilə dağıdılmışdı. Amma işğal dövründə dini abidələrə qarşı törədilmiş vandalizm aktlarının şəffaf obyektiv qiymətləndirilməsi məqsədilə Azərbaycan tərəfi dəfələrlə beynəlxalq təşkilatlara, xüsusilə UNESCO-ya çağırışlar etsə , bu müraciətlər cavabsız qalıb. Bu halda bir daha sübut olunur ki, ABŞ-ın hazırladığı sənəd öz gözündə tiri görməyib, başqasının gözündə çöp axtarmaqdan başqa bir şey deyil.

Ümumiyyətlə, dinindən, dilindən, irqindən asılı olmayaraq bütün vətəndaşların hüquq azadlıqlarının yüksək səviyyədə təmin edilməsi Azərbaycanın dövlət siyasətində xüsusi yer tutur. Artıq uzun illərdir ki, ölkəmizdə bütün dinlərin, millətlərin nümayəndələri dinc şəraitdə yaşayırlar. Konstitusiyada da qeyd olunduğu kimi, ölkəmizin hüdudlarında hər bir şəxs istədiyi dinə sitayiş edə bilər onu başqa bir dinə sitayişə heç kim məcbur edə bilməz. Hətta dini qəbul etməyən insanların da konstitusional hüquqları bərabərdir. Azərbaycan Respublikasının din sahəsində apardığı siyasət isə cəmiyyətdə dinin müxtəlif formalarda mövcudluğunu nəzərə alaraq fikir söz, eləcə vicdan azadlığı üzərində qurulmuşdur.

Prezident İlham Əliyevin 25 noyabr 2020-ci il tarixli çıxışında bildirdiyi kimi, həm məscidlər, həm kilsələr tarixi sərvətimizdir. Ölkəmizdə bütün dini abidələrə eyni qayğı göstərilir, bölgələrdə məscidlər, sinaqoqlar, kilsələr yan-yana tikilir. Prezidentin yürütdüyü siyasət rəhbər götürülərək Azərbaycan bu gün dinin birləşdirici amil olduğu nadir ölkələrdəndir.

Jalə QASIMZADƏ,

"Respublika".