Politoloq: Livan erməniləri ən quldur, ən vəhşi ermənilər silsiləsinə daxildir.
Siyasət

Politoloq: Livan erməniləri ən quldur, ən vəhşi ermənilər silsiləsinə daxildir.

Xəbər verdiyimiz kimi, Azərbaycanın Livandakı səfirliyi qarşısında aksiya keçirən 50-yə yaxın erməniəsilli şəxslər səfirliyin inzibati binasının ətrafındakı hasara zərbələr endirib, özləri ilə gətirdikləri içərisində boya olan və partlayıcı bərkidilmiş şüşələri səfirliyin inzibati binasına atıblar. 

Xatırladaq ki, analoji hadisə 2022-ci ilin sentyabrın 16-da da baş vermişdi. Ermənilərdən ibarət izdiham Beyrutdakı Azərbaycan diplomatik nümayəndəliyinə soxulmağa cəhd göstərsə də, polis müqaviməti nəticəsində səfirliyə daxil ola bilməmişdiər.

Mövzu ilə bağlı “Respublika”ya açıqlama verən politoloq Zaur Məmmədov ermənilərin törətdiyi növbəti vandal aktına münasibət bildirib: “Hadisəni qısaca olaraq  erməni vəhşiliyi adlandırıram. Yeri gəlmişkən, qeyd edim ki, Livan erməniləri ən quldur, vəhşi ermənilər silsiləsinə, kateqoriyasına daxildir. Orada səfirliyin qabağında Azərbaycanı terrorçuluqda ittiham edib qışqıran o vəhşi kütlənin içində olanların bəzi şəxslər müxtəlif erməni terror qruplarının Yaxın Şərqdəki nümayəndələridirlər. Terror qruplarını himayə edən, terror qruplarını dünyada ilk dəfə yaradan da elə ermənilərdir. Son iki əsrə nəzər yetirsək görərik ki,  XIX əsrin sonlarından etibarən türklərə qarşı mübarizə aparmaq üçün terror qruplaşmaları yaratdılar. Bir neçə dəfə ayrı-ayrı ölkələrdə türk diplomatlara qarşı qətillər törətdilər. O ki qaldı səfirliyə hücum məsələsinə, bu Livan hökumətinin məsuliyyətindədir və baş verən hadisəyə ciddi yanaşmalıdır. Çünki hadisə zamanı biz gördük ki, azğınlaşmış kütlənin qarşısında bir nəfər də olsun polis yox idi. Bu necə olur? Niyə sivil ölkələrdə biz bu nüansları görmürük? Amma Yaxın Şərqin ölkələrində biz bunun dəfələrlə şahidi olmuşuq.”

Musa Bağırlı,

“Respublika”.