Azərbaycan xalqı və dövləti hər zaman qardaş Türkiyənin yanındadır
Region

Azərbaycan xalqı və dövləti hər zaman qardaş Türkiyənin yanındadır

Təbii fəlakətlə əlaqədar  yardım kampaniyaları davam edir

Lənkəran

Lənkəranlılar hər gün yardım toplanan məntəqələrə qış geyimləri, gödəkcə, yun corab, əlcək, yorğan-döşək, çoxlu ərzaq, meyvə, qida məhsulları gətirirlər. Şəxsi vəsaiti ilə yardım edənlər az deyil. Onlardan biri ilə yaxından tanış oluruq: Hacı Mirzə Səfərov. 87 yaşlı ağsaqqal Lənkəran rayonunun Göyşaban kəndində yaşayır.

Kənddə hörmətli, nüfuzlu, xeyirxah insan kimi tanınır. İki övladı, nəvə-nəticələri vardır. Ömür-gün yoldaşı dünyasını dəyişəndən sonra tək yaşayır. Ayda 321 manat pensiya alır. Pensiyasından 100 manat ayırıb Türkiyədə zəlzələdən əziyyət çəkən insanlara ianə edib.

- Ömrümün ixtiyar çağlarını yaşayıram. Zəlzələdə həlak olanları hər gün xatırlayır, ruhlarına "Yasin" surəsini oxuyub dualar edirəm.

Rayonun idarə, müəssisə təşkilatları, özəl qurumlar, adamları, sadə insanlar qida məhsulları, isti geyimlər, qızdırıcılar, məişət əşyaları digər zəruri avadanlıqları yardım toplanan məntəqələrə gətirirlər. Son üç gün ərzində yığılan yardımlar maşınlara yüklənib Bakı şəhərinə yola salınıb.

Lənkəran Şəhər İcra Hakimiyyəti tərəfindən dəyəri 50 min manat olan 15 ton Lənkəran düyüsü 1 ton Lənkəran çayı zəlzələdən zərərçəkmiş Kahramanmaraş şəhərinə göndərilib.

Masallı

Masallıda Türkiyədə baş verən dağıdıcı zəlzələdən zərərçəkmiş insanlara humanitar yardım davam edir. Bu məqsədlə rayonda yaradılmış məntəqələrin sayı 4-ə çatdırılıb.

Artıq bir həftədir ki, məntəqələrə yardım gətirənlərin ardı-arası kəsilmir. Zəlzələdən əziyyət çəkənlər üçün isti geyimlər, xalçalar, yataq dəstləri, elektrik generatorları, qızdırıcı sobalar, uşaqlara vacib olan ləvazimatlar, qida məhsulları, eyni zamanda müxtəlif məbləğlərdə pul vəsaitləri toplanır.

Yığılan yardımlar könüllülər tərəfindən çeşidlənib qablaşdırılır iritutumlu maşınlara yüklənir. İndiyə kimi 7 maşın humanitar yardım Türkiyə Respublikasına göndərilmək üçün Bakı şəhərinə yola salınıb.

Astara

Respublikamızın hər yerində olduğu kimi, Astara rayonunda da humanitar yardım ardıcıl, davamlı şəkildə həyata keçirilir. Rayonun bütün yaşayış məntəqələri humanitar aksiyaya qoşulub.

Ucqar dağlıq ərazidə yerləşən Hamoşam kəndinin sakinləri öz əlləri ilə toxuduqları xalça, yun corab, əlcək, yorğan-döşək, isti geyimləri zəlzələdən zərərçəkən insanlar üçün Türkiyəyə göndəriblər.

Bu günlərdə ümumi çəkisi 4 ton olan 7 növ ərzaq məişət əşyalarından ibarət yük maşını Astara rayonundan yola salınıb. Astaralılar türk qardaşlarının dərdinə, kədərinə dərindən şərik olur, güclü zəlzələ nəticəsində həlak olan insanlara Allahdan rəhmət diləyir, yaralıların tezliklə sağalmasını arzulayırlar.

Lerik

Rayonda humanitar aksiyaya hamı elliklə qoşulub. İnsanlar könüllü şəkildə uşaqlar böyüklər üçün isti geyimlər, xalça palazlar, qızdırıcı sobalar, generator, çadır, məişət əşyaları ərzaq məhsullarını məntəqələrə təhvil verirlər. Bu günlərdə ilk yardım maşını Türkiyəyə yola salınıb

Rayonun nümunəvi turizm ocaqlarından olan "Təbəssüm" istirahət mərkəzinin rəhbəri Akif Əliyev istirahət mərkəzində üç ay müddətində təmənnasız olaraq 30 məktəb yaşlı uşağı 7 ailəni yerləşdirib onlara yüksək səviyyədə xidmət göstəriləcəyini bildirib.

Lerik Rayon İcra Hakimiyyəti tərəfindən 30 min manat dəyərində konservləşdirilmiş ət, lobya, çay digər qida məhsulları Türkiyəyə yola salınıb. İnsanların şəxsi təşəbbüsü ilə yardımlar davam edir.

Sabirabad

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Türkiyədə təbii fəlakətin nəticələrinin aradan qaldırılması ilə əlaqədar qardaş ölkəyə genişmiqyaslı yardım kampaniyası davam edir.

Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində minlərlə insanın həlak olması xəsarət alması hər bir vətəndaşımız kimi, Sabirabad rayon sakinlərini dərindən sarsıdıb onlar da qardaş Türkiyənin dərdinə şərikdirlər.

Heydər Əliyev Fondu tərəfindən təşkil edilən yardım kampaniyası üçün Bakı İdman Sarayındakı yardım toplama məntəqəsinə Sabirabad Rayon İcra Hakimiyyəti tərəfindən həm uşaqlar, həm böyüklər üçün isti geyimlər təbii fəlakətdən zərərçəkmiş bölgələrdə insanların hazırda ehtiyac duyduğu digər əşyalar, gigiyenik vasitələr, qida məhsulları, xüsusilə quru qidalar təhvil verilir.

Hazırda yardım toplama aksiyası davam edir.

Goranboy

Goranboylular da Azərbaycan dövlətinin xalqının qardaş Türkiyəyə dəstək kampaniyasına fəal qoşularaq, öz əllərindən gələnləri əsirgəmirlər. Rayonun bütün yaşayış məntəqələrində dəstək kampaniyaları həyata keçirilir. Rayon icra hakimiyyəti başda olmaqla, bütün dövlət qurumları, xidmət sahələri, özəl sektorlar bütün goranboylular maddi, ərzaq, dərman, geyim ləvazimatları digər yardımlarla öz qardaşlarına dəstək olmağa çalışırlar. Hər bir kəs, "Canımız, Türkiyəmiz - goranboylular da sizinlə birlikdədir" - bildirirlər. Bunlarla yanaşı, hazırda rayonda hər cür məişət şəraiti ilə təmin olunmuş hər birində 12 nəfərin yaşaya biləcəyi, ümumilikdə 60 nəfər üçün nəzərdə tutulmuş müasir modul tipli 5 ədəd fərdi yaşayış evi hazırlanır. Bununla bağlı, rayon icra hakimiyyəti ilə "Container Baku" şirkəti arasında müvafiq müqavilə bağlanmışdır. Həmin evlər fevralın 14- Kahramanmaraşa göndəriləcəkdir.

Balakən

Türkiyə Respublikasında baş vermiş zəlzələ nəticəsində zərərçəkənlərə göstərilən humanitar yardım kampaniyasına Balakən Rayon İcra Hakimiyyəti qoşulub. Humanitar yardım Gəncə şəhərində təyin olunmuş məntəqəyə təhvil verilib.

Balakən Rayon İcra Hakimiyyətinin kollektivi Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş Konsulluğunun qarşısında yaradılan guşəni ziyarət edib, həlak olanların ruhuna ehtiramlarını bildiriblər. İcra hakimiyyəti başçısının birinci müavini Turan Dibirov baş konsul Recep Öztopla görüşüb, baş vermiş güclü zəlzələ nəticəsində həlak olanların ailələrinə yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verib, yaralananlara xəsarət alanlara şəfa diləyib. Sonra Konsulluqdakı xatirə kitabına başsağlığı qeydi yazıb.

"Respublika".