AZAL Pakistanın üç məşhur şəhərinə uçuşlar açır
Digər xəbərlər

AZAL Pakistanın üç məşhur şəhərinə uçuşlar açır

Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) 2023-cü il sentyabrın 20-dən etibarən Pakistana müntəzəm uçuşlar yerinə yetirməyə başlayır.

Uçuşlar Pakistanın paytaxtı İslamabad, eləcə də onun ən böyük şəhərləri - Lahor və Kəraçi şəhərlərinə həyata keçiriləcək. Bakıdan İslamabada uçuşlar çərşənbə və şənbə günləri, Lahora bazar ertəsi və cümə günləri, Kəraçiyə isə cümə axşamı və bazar günləri həyata keçiriləcək. AZAL-ın yeni reyslərinin açılması Azərbaycan və Pakistan arasında münasibətlərin inkişafına, turizmin, beynəlxalq daşımaların təşviqinə və diplomatik əlaqələrin möhkəmlənməsinə töhfə verəcək.

Uçuş cədvəli ilə aviaşirkətin rəsmi www.azal.az saytında tanış olmaq mümkündür. Aviabiletləri saytdan və ya AZAL-ın mobil tətbiqi vasitəsilə əldə etmək olar.

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidməti.